Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hidayət Orucov narahatlığını gürcü patriarxına çatdırıb

“Gürcüstan müsəlmanları idarəsinin yaradılmasından və kəndlərdəki xaçlardan ciddi narahatıq”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Gürcüstan Patriarxının xüsusi nümayəndəsi, Gürcü Pravoslav Kilsəsinin Xornabuci və Hereti Yeparxiyasının yepiskopu Arkadi Xaçidzeni və Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

Komitənin mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, görüşdə din sahəsində ikitərəfli əlaqələr, Azərbaycandakı gürcü pravoslav məbədlərinin mövcud vəziyyəti və onlara məxsus dini icmaların fəaliyyəti müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət Komitəsinin sədri deyib ki, Azərbaycanda yaşayan gürcülərdən fərqli olaraq, Gürcüstanda yaşayan soydaşlarımızın din sahəsində ciddi problemləri var. Təəssüf ki, bu problemlərin bir qismi hələ də qalmaqdadır. Üstəlik, bu yaxınlarda Gürcüstan Müsəlmanları İdarəsi adlı yeni qurumun yaradılması soydaşlarımızın ciddi narazılığına səbəb olub: “Bu, bizim üçün çox gözlənilməz hadisədir və ciddi narahatlığımız var. Gürcüstanla Azərbaycan həmişə mehriban qonşu ölkələr, xalqlarımız isə dost və qardaş olublar. Buna görə də belə hadisələr təəssüf doğurur. Çox istərdim ki, bu məsələ ilə bağlı narahatlığımızı Patriarx II İlya həzrətlərinə çatdırasınız”.

Hidayət Orucov Azərbaycanda qeyri-islam təmayüllü din icmalara xaricdəki mərkəzlərinə tabe olmaq hüququ verildiyini bildirib. O deyib ki, həmin dini icmalarda xaricdəki mərkəzləri tərəfindən təyin olunmuş ruhanilər fəaliyyət göstərirlər: “Bu məsələdə heç bir icmaya məhdudiyyət qoyulmayıb. Hətta, mənsublarının sayı çox az olan dini icmaların da bu qaydada fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb”.

Dövlət Komitəsinin sədri Gürcüstanda azərbaycanlılar yaşayan kəndlərdə xaçların qoyulmasından və bunun soydaşlarımızın narazılığına səbəb olmasından da danışıb. O qeyd edib ki, bu məsələni 2009-cu ildə Gürcüstana rəsmi səfəri zamanı Patriarx II İlya, Gürcüstanın yüksək səviyyəli rəsmiləri və Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze ilə müzakirə edib. Ancaq problemin həlli ilə bağlı vədlər verilsə də, təəssüf ki, bu istiqamətdə hələ də ciddi addımlar atılmayıb.

RUSLAN






18 May, 2011  20:57 Baxılıb: 1233 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner