Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Georgi Nikolov: "Qarabağ"ın bu addımına "Respect" düşür"

"Qapımıza təyin olunmuş penalti zərbəsini "Qarabağ"ın futbolçusu Elvin Məmmədovun kənara vurması məni təəccübləndirdi". Simsar.az xəbər verir ki, bunu  "Report"a açıqlamasında "İnter"in prezidenti Georgi Nikolov deyib.Bolqarıstanlı funksioner bu cür davranışın "Fair Play" nümunəsi olduğunu bildirib. Onun sözlərinə görə, belə hərəkətlərə "Respect" düşür: "Aydındır ki, bu, futbola elə də xas olan hal deyil. Amma "Qarabağ"ın addımı onu göstərir ki, onlar böyük insanlardır və ədalətsiz yolla uğur qazanmaq istəmirlər". "Həmin anda nəticə fərqli olsaydı, baş məşqçi Qurban Qurbanovun necə addım atardı?" sualına isə G.Nikolov belə cavab verib: "Qurbanovun adından danışa bilmərəm. Həmin situasiyada məhz belə qərar verib və futbolçusuna topu kənara vurmağı tapşırıb. Başqa vəziyyətlərdə necə hərəkət edəcəyini bilmirəm. Məncə, yenə eyni davranış sərgiləyərdi".

Qeyd edək ki, "İnter"lə "Qarabağ" arasında keçirilən Azərbaycan Premyer Liqasının VII tur matçının 88-ci dəqiqəsində baş hakim Elvin Əsgərov meydan sahiblərinin qapısına şübhəli penalti təyin edib. Üstəlik, "İnter"in qapıçısı Georgi Lomaya meydandan qovulub. Etirazlara baxmayaraq, E.Əsgərov qərarını dəyişməyib. Bu zaman Elvin Məmmədov penalti nöqtəsinə yaxınlaşaraq, zərbəni qəsdən qapının üstündən vurub. O, baş məşqçi Qurban Qurbanovun istəyilə bu addımı atıb. Bu vaxt "Qarabağ" 1:0 hesabı ilə öndə olub. Sonradan oyun vəziyyətindən daha bir qol vuran Ağdam təmsilçisi inamlı qələbəsini rəsmiləşdirib - 2:0.






5 Oktyabr, 2015  15:19 Baxılıb: 1512 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner