Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Anar Məmmədov Qolf - klubunun açılışına niyə gəlməyib? - SƏBƏB

Ötən gün fəaliyyətə başlayan Qolf-klubunun açılışında Azərbaycan Qolf Federasiyasının rəhbəri Anar Məmmədovun iştirak etməməsi müzakirələrə səbəb olub. ANS PRESS-in məlumatına görə klubun açılışında prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etsə də Qolf Federasiyasının rəhbəri tədbirə qatılmayıb.

 

Məsələ ilə bağlı Azərbaycan Qolf Federasiyasının baş katibi Nigar Süleymanova ANS PRESS-ə bildirdi ki,Qolf klubunun açılışında federasiyanın bütün rəhbərliyi - baş katibi, vitse-prezidentləri və təlimçiləri iştirak edib. Anar Məmmədovun tədbirə qatılmamasının isə səbəbi olub. “Qolf Federasiyası bu klubun açılışına yalnız qonaq kimi dəvət olunmuşdu. Bizim işçilər orada iştirak edib və prezident onlarla görüşüb.. Yalnız Anar Məmmədov Azərbaycanda olmadığı üçün tədbirə qatıla bilməyib.”-deyə baş katib əlavə etdi.

 

Məlumdur ki, Anar Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun oğludur. Ümumiyyətlə son vaxtlar Nəqliyyat nazirinin bəzi səlahiyyətlərinin əlindən alınması və ya məhdudlaşdırılması ilə bağlı məlumatlar yayılıb. Eyni zamanda onun digər dövlət orqanlarında işləyən qohumlarının və yaxınlarının vəzifələrində azad olunması barədə müxtəlif xəbərlər yayılıb. İddialara görə, Ziya Məmmədovun bacısı "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədova və qardaşı Nəqliyyat Nazirliyinin böyük avtobazalarından birinə rəhbərlik edən Loğman Məmmədov vəzifələrindən azad olunublar. Bir sıra məlumatlarda isə bildirilir ki, nazir bəzi qohumlarını özü vəzifələrindən azad edib. Ziya Məmmədov bir müddət əvvəl qardaşı oğlu Rövşən Məmmədovu işdən çıxarmışdı. Rövşən Məmmədov “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi vəzifəsində çalışırdı. Hətta əksər mətbuat orqanlarında nazirliyinin ləğv edilməsi və onun tərkibinə daxil olan qurumlara müstəqil səlahiyyətlərin veriləcəyi bardədə xəbərlər yazılır. Bir müddət əvvəl prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat nazirliyinin tərkibindən çıxarılması barədə sərəncam imzalayıb. Bundan başqa Nazirliyə tabe olan digər qurumların özəlləşdirilməsi gündəmdədir.






5 Oktyabr, 2015  15:04 Baxılıb: 1258 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner