Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qurban bayramı qeyd olunur

Azərbaycanda bu il Qurban bayramı sentyabrın 24-ü və 25-i qeyd edilir. Simsar.az  bildirir ki, sentyabrın 24-də səhər saat 09:00-da “Təzəpir” məscidində Qurban bayramı namazı qılınıb.

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır.Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Bayramın tarixi İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan başlayır. Yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi  əmr edir. Dinə sadiqliyini sübut edən İbrahim Allahın əmrini yerinə yetirərək oğlunu qurban verməyə hazırlaşır.  İsmayıl da qurban olmağa könüldən razılaşır. İbrahim Peyğəmbər oğlu İsmayılı Allah yolunda qurban kəsərkən, Allah ona bir qoç göndərir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.

Modern.az-ın məlumatına görə Qurban bayramında qoyun qiyməti təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində qalxır.  Amma buna baxmayaraq müsəlmalar bayramın adət-ənənəsinə sadiqlik nümayiş etdirirlər. Məsələn, Səudiyyə Ərəbistanında qurbanlıq heyvanın qiymətləri çox yüksəlib. Ciddədə artıq qoyunun qiyməti son həftə ərzində 500-800 dollar arasında dəyişib. Azərbaycanda da qurban kəsənlərin sayı kifayət qədərdir. Hər il olduğu kimi bu il də heyvan bazarında süni qiymət artımı müşahidə olunur.İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri bu cür halların qarşısını almaq üçün paytaxtın müxtəlif ərazilərində yarmarkalar təşkil edib. Bu yarmarkalarda qurbanlıq heyvanların qiymətinin 90-100 manatdan artıq olmamaq şərti ilə satılması barədə qərar verilib. Qeyd edək ki, bayramla əlaqədar sentyabrın 24-ü cümə axşamına, 25-i cümə gününə, 26 və 27-si isə şənbə və bazar günlərinə təsadüf etdiyi üçün ölkədə 4 gün iş olmayacaq.






24 Sentyabr, 2015  09:10 Baxılıb: 1049 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner