Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

Qarşıdan gələn qış mövsümü ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib. Simsar.az bildiri ki, bunu Trend-ə açıqlamasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun mütəxəssisləri Bakı ilə yanaşı, regionlarda da abonentlərin elektrik enerjisi probleminin yaranmaması üçün xeyli işlər görüb. Qurum rəsmisi bu cür işlərin daimi görüldüyünü qeyd edib: “Bizim mütəxəssislərimiz hazırda bölgələrimizdədir. Rayonlarda ağac dayaqlar, köhnə transformatorlar, istifadə müddətini başa vurmuş yarımstansiyalar yeniləri ilə əvəz olunub. Yeni 700 komplekt transformator məntəqələri tikilib. İlin sonuna kimi isə daha 700-ü də quraşdırılacaq. 32 ədəd yarımstansiya inşa edirik. 50 kilometr uzunluğunda elektrik xətləri çəkirik, 100 minə yaxın ağac dayaqlar dəmir dayaqlarla əvəz olunub. Hesab edirəm ki, bu qış elektik enerjisi ilə bağlı problem olmayacaq”.

T.Mustafayev Qurban bayramı günlərində də gücləndirilmiş iş rejimində işləyəcəklərini qeyd edib: “Qurban bayramı günlərində əməkdaşlarımız, həm Bakıda, həm də regionlarda növbəli iş rejimində işləyəcəklər. Həmin gün bir nəfərin yerinə üç nəfər işləyəcək. Qurbanlıq heyvan kəsimi yerlərində nəzarət güclənəcək. Çalışacağıq ki, həmin yerlərə yaxın ərazilərdəki transftomatorlar saz vəziyyətdə olsun ki, abonentlər işıqsız qalmasın”.






23 Sentyabr, 2015  11:40 Baxılıb: 1097 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner