Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qarşıdan gələn müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Simsar.az ın məlumatına görə, bu bayramda dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edildiyini deyən ölkə başçısı, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsinin də ehtiramla yad olunduğunu qeyd edib.

Sizi dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Demokratik prinsiplərin, dini etiqad və vicdan azadlıqlarının bərqərar edildiyi Azərbaycan Respublikasında Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur. Bu günlər ölkəmizin möminləri tərəfindən dini ayinlər yerinə yetirilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnsanlar Tanrıya yaxınlığın, mənəvi-əxlaqi dəyərlərə bağlılığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq ifadəsinə və təcəssümünə çevrilir.

Əziz bacı və qardaşlarım!

Mübarək Qurban bayramı günlərində bir daha sizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirir, uca Tanrıdan xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların qəbul olunmasını diləyirəm. Qoy bu müqəddəs bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin.







23 Sentyabr, 2015  07:05 Baxılıb: 1106 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner