Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı metrosu qış qrafikinə keçib

Bu gündən Bakı metrosu qış qrafikinə keçib. Simsar.az bildiri ki bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, hər il sentyabrın 15-dən etibarən Bakı metrosunda sərnişin sıxlığını nəzərə alaraq qatarların sayı artırılır.

N.Paşayev qeyd edib ki, “Bakı Metropoliteni” QSC-i əgər yayda 24 cüt qatarla fəaliyyət göstərirdisə, bu gündən etibarən artıq saatda 30 cüt qatarla işləyəcək: “Qatarların sayını artırmışıq. Eyni zamanda intervalları da azaltmışıq. Məsəl üçün metronun Həzi Aslanov və 28 may stansiyaları arasındakı interval 2 dəqiqədir. Qeyri-pik saatlarda 2 dəqiqə yarım olacaq. Həmçinin metronun 28 May stansiyasından “Dərnəgül” və “İçəri Şəhər” stansiyaları istiqamətində hərəkət intervalı müvafiq olaraq 4-5 dəqiqə müəyyənləşdirmişik. Maksimum dərəcədə intervalı azaltmışıq”.

Qurum rəsmisi stansiyalardakı qurğuların texniki vəziyyətinə də toxundu: “Bütün stansiyalarımızda avadanlıqlarımız saz vəziyyətdədir. Heç bir nasazlıq yoxdur. Bütün əməkdaşlarımız da stansiyalarda hərəkət axınına nəzarət edirlər. Sıxlıq müşahidə edilir, amma hər hansı bir ciddi problem yoxdur”.






15 Sentyabr, 2015  10:37 Baxılıb: 953 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner