Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mehriban Əliyevaya həsr olunmush fotolayihə təqdim edilib - "ALOVUN QƏLBİ"

Bakıda məşhur Azərbaycan fenomeni Nuridə Qurbanovanın “ALOVUN QƏLBİ” adlı fotolayihəsinin təmtəraqlı təqdimat mərasimi keçirilib.Tədbirdə görkəmli ictimai xadimlər, Milli Məclisin deputatları, yaradıci ziyalıların nümayəndələri, Rusiya və ABŞ-dan qonaqlar iştirak edib. Mərasimi aparıcı Nəsib Nur açıq elan edərək ilk sözü də elə səbəkara Nuridə Qurbanovaya verib. Öz çıxışında fotolayihə barədə danışan Nuridə xanım  qeyd edib ki, fotolayihə Azərbaycana və ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın doğum gününə həsr edilib.

“Mənim üçün bizim gözəl ölkəmizin əlamətdar və tarixi guşələrinin fonunda çəkilmiş, bizim mədəniyyətimizi və zəngin milli irsimizi əks etdirən müxtəlif obrazları canlandıran “Alovun qəlbi” fotolayihəsini təqdim etmək böyük şərəfdir” deyə Nuridə Qurbanova bildirib.

Qonaqlar arasında olan Amerika teleşirkəti MAX TV-nin təmsilçisi Maykl Derrik qeyd etdi ki, o birinci dəfədir Azərbaycana gəlir. O, Bakının gözılliyinə, gözəl Azərbaycan mətbəxinə və bizim xalqın qonaqpərvərliyinə valeh olduğunu bildirdi. “Bu fotolayihə sizin gözəl ölkəniz, onun tarixi, mədəniyyəti və arxitekturası haqqında xeyli şey öyrənməyə imkan verir”.

“Vətəni sev” xeyriyyə fondunun vitse-prezidenti İvan Bannikov isə bildirdi ki, Nuridə Qurbanova özünün məhsuldar fəaliyyəti ilə Rusiyada məşhurdur və ona “Vətənsevər” ordenini, eləcə də Rusiya və Azərbaqcan xalqlarının dostluğu naminə çoxillik fəaliyyətinə görə fəxri fərmanı təqdim etdi.

“Ordenin dəyəri, onun üzərində islamda İsa peyğəmbər kimi anılan İsa Məsihin əbədi simasının təsvir olunmasındadır”, İvan Bannikov bildirib.

Daha sonra qonaqlar "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur", "Dünyanın ən hündür bayraqlarından biri Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır",  "Qobustan Dövlət Tarixi-Bədii Qoruğu dünya əhəmiyyətli unikal abidədir və UNESCO -nun Ümumdünya İrs Siyahısına daxildir", "Azərbaycanın Qarabağ atları dünyada nadir at növü, Asiya və Qafqazda ən qədim at cinsi hesab olunur", "Mavi Xəzər dənizi üzərində tezdən qalxan parlaq günəş", "Nar həyat eşqini və aşıb-daşan enerjinin, Azərbaycan folklorunda birliyi tərənnüm edir", "Neft Azərbaycanın zəngin təbii sərvətlərinin tacı, xalqın tarixi taleyinə təsir göstərə bilən qüdrətli vasitədir", "Qız Qalası  Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir və UNESCO -nun Ümumdünya İrs Siyahısına daxildir", "Xalçaçılıq Azərbaycan incəsənətinin ən qədim növlərindən biridir və UNESCO -nun Ümumdünya İrs Siyahısına daxildir", "Od həmişə azərbaycanlıların həyatında mühüm rol oynayıb - “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu", "Əsrarəngiz Bakı gecələri", "Dünyanın heç bir yerində rast gəlinməyən Xarı bülbül Tanrının bizə göndərdiyi ən böyük möcüzədir", "Kübar Azərbaycan qadını", "Çobanyastığı dünyanın ən zəngin çiçəklərdən biridir" kimi şəkillərin olduğu sərgiyə baxıblar və təqdim olunmuş işlərdən məftun olduqlarını bildiriblər. Gecə Azərbaycanın xalq artisti Mənsum İbrahimovun muğam kollektivinin konsert proqramı və bayram tortu ilə başa çatıb.

Simsar.az







26 Avqust, 2015  16:01 Baxılıb: 1622 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner