Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

G20 qrupunun Ankarada əmək və məşğulluq nazirləri ilə toplantısı keçiriləcək

Türkiyədə iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsni birləşdirən G20 qrupunun sentyabrın 3-4-də Ankara şəhərində əmək və məşğulluq nazirlərinin toplantısı keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edəcək. Toplantı zamanı Türkiyənin G20 qrupuna sədrliyi üçün müəyyən etdiyi prioritetlərə uyğun olaraq əmək bazarının inkişaf etdirilməsi və daha inkluziv əmək bazarının təşviq olunması, insan resurslarına sərmayənin artırılması, əmək bazarına dair səmərəli monitorinqin aparılması, iş qüvvəsinə olan tələb və təklif arasında uyğunsuzluğun aradan qaldırılması və s. məsələlər müzakirə olunacaqdır. Tədbir çərçivəsində maliyyə nazirləri ilə birgə keçirilməsi nəzərdə tutulan sessiyada əmək gəlirlərinin əhalinin ümumi gəlirlərindəki payı, iqtisadi inkişafın məşğulluğun artmasına təsirinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsinin aparılması da planlaşdırılır.

Türkiyənin  G20 qrupuna sədrliyi dövründəki toplantılarda Azərbaycan tam hüquqlu üzv kimi iştirak etməyə dəvət olunub. Dünya iqtisadiyyatının 90%-ni və dünya əhalisinin üçdə ikisini təmsil edən G20 qrupunun gündəliyində qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və digər məsələlər əksini tapır.

 






26 Avqust, 2015  11:09 Baxılıb: 991 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner