Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva Göynükdə Qarabağ həqiqətlərindən danışıb

 

Simsar.az xəbər verir ki, Q. Paşayevanın qədim Göynükdə Qarabağ parkı, Azərbaycan küçəsi təklifinə bələdiyyə başqanı qısa zamanda açacağıq deyib.

Azərbaycanın umummimilli lideri Heydər Əliyevin dediyi kimi Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir deyən millət vəkili Qənirə Paşayeva Göynük bələdiyyə başqanı Kamal Kazanla  gorüş zamanı Azərbaycan  ilə  Türkiyənin bəzi  şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər  və  bələdiyyələr olduğunu bildirərək, Akşemseddin başda olmaqla bir çox tarixi şəxsiyyətlərimizə qucaq açmış qədim  Göynüklə Azərbaycan bölgələrindən  biri  ilə qardaş olaraq  görmək  istədiklərini  bildirib. Göynükdə uzun illər əvvəl Azərbaycandan köçüb gəlmiş insanların da yaşadığını deyən Göynük bələdiyyə başqanı Kamal Kazan Şəkidə eyni adlı bölgə ilə Baş Göynüklə qardaşlaşmaq istədiklərini bildirib və millət vəkili Qənirə Paşayevanın da bu məsələdə dəstək verəcəyinə inandığını deyib. Millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə  Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı  da fikir mübadiləsi aparıb və yaxın zamanlarda  Göynükün  mərkəzi  parklarından birinə  Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına, mərkəzi küçələrdən birinə Azərbaycan adının veriləcəyinə  inandığını deyib və  Göynük  bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Millət vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl Şəmdinlidə terrorçular tərəfindən şəhid edilən Göynük sakini Uzman Çavuş Ziya Sarpkaya da daxil olmaqla bütün şəhidlərimizi rəhmətlə anırıq deyib. Millət vəkili bələdiyyə başqanına Azərbaycanla bağlı, Azərbaycan-Türkiyə münasibətlərinin bu günkü surətli inkişafı ilə bağlı geniş məlumatlar verib və fikir mübadiləsi aparılıb.  Azərbaycanı sevdiyini deyən Göynük bələdiyyə başqanı Kamal Kazan  Türkiyənin  və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq  Göynük   bələdiyyəsinə  rəhbərliyi dövründə  Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi,  Xocalı ağrısı hər zaman  bizim də problemimiz və ağrımızdır deyən  Göynük   bələdiyyə başqanı Kamal Kazan  hər zaman qardaş  Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın  Göynükdə  Qarabağ  adını daşıyan parkın, Azərbaycan adına küçənin verilməsi təklifini müsbət qiymətləndirdiyini deyərək yaxın zamanlarda bu təklifin reallaşacağını deyib. Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabını təqdim edən Qınirə Paşayeva kitabın yaxın günlərdə oxucuların ixtiyarına veriləcək 2-ci hissəsində  qədim Göynükün də  xüsusi yer tutduğunu deyərək Azərbaycan insanına  Göynükü  daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib.  Millət vəkili  Göynük  bələdiyyəsi  başqanı Kamal Kazanı  və xanımını  Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə  dəvət edib. Dəvəti məmnuniyyətlə  qəbul edən   Göynük  bələdiyyə başqanı Kamal Kazan Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini   deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva  Göynük  bələdiyyə başqanına həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən”, “Karabağ hikayeleri” kitablarını , rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündəəks etdirən kitablar, filmlər hədiyyə edib.  Millət vəkili Göynükə səfəri çərçivəsində bğlgənin ziyalıları, qeyri-hökumət təşkilatları, fəal xanımları ilə də görüşərək geniş fikir mübadiləsi aparıb.  Millət vəkili Göynük ziyarəti zamanı iyul ayının sonunda Şemdinlide 29 iyulda terrorçular tərəfindən şəhid edilən əslən Göynüklü Uzman Çavuş Ziya Sarpkayanın ailəsini də ziyarət edib, başsağlığı verib, Allahdan şəhidə rəhmət, ailəsinə böyük səbr diləyib. Terroru hamımız birlikdə lənətləyirik deyən millət vəkili Qənirə Paşayeva inşallah bu cinayətləri törədənlər, gənc insanların xəyallarını yarıda, analarını, övladlarını, ailələrini gözüyaşlı qoyanlar layiq olduqları cəzaları alacaqlar deyib.






26 Avqust, 2015  10:25 Baxılıb: 804 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner