Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sakinlər “Kristal” MTK-nın deputat sahibindən narazıdırlar - ETİRAZ

 

Simsar.az xəbər saytına Xırdalan şəhərində yerləşən “Kristal” MTK şirkətinin inşa etdiyi binanın sakinlərindən şikayət daxil olub.

Şikayətçilər Simsar.az-a bildiriblər ki, “Kristal” yaşayış məntəqəsi adlanan bu binaların sakini olaraq, icraçı qurumdan narazıdırlar. Lakin onların bu haqlı tələblərinə şirkət rəhbərliyi tərəfindən reaksiya verilmir.

Sakinlərin sözlərinə görə, ilk növbədə yaşayış binalarının tikintisi zamanı arxitektura qaydalarına riayət edilməyib.

Binalar fövqəladə hallar üçün tam əlverişsiz vəziyyətdədir.

Bundan başqa tikinti zamanı ucuz və keyfiyyətsiz materiallardan istifadə olunub ki, həmin proses digər binaların inşasında da davam edir.

Sakinlər vurğulayıblar ki, mənzillər təmirli adı ilə satılsa da, realda belə deyil.

Avtomobil dayanacaqları da çox əlverişsiz şəraitdədir.

Sakinlər problemləri və neqativ halları söyləmək üçün şirkətin rəhbəri ilə əlaqə saxlaya bilmirlər.

Şikayətçilər şirkətin sahibinin Milli Məclisin deputatı Ağalar Vəliyev olduğunu da bildiriblər.

Məsələ ilə bağlı digər tərəfin mövqeyini öyrənmək cəhdimiz isə baş tutmayıb.

Digər tərəfin mövqeyini dərc etməyə hazırıq.







24 Avqust, 2015  13:45 Baxılıb: 1016 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner