Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva beynəlxalq simpoziumda Türk dünyasına çağırış edib

Türkiyənin Bolu bölgəsində Beynəlxalq Koroğlu Simpoziumu keçirilib.Tədbirdə türk dünyasının müxtəlif ölkələrindən ziyalılar, alimlər və sənət adamları iştirak edib. Tədbirin açılışında çıxış edən universitetin rektoru Prof. Dr. Hayri Coşkun  simpoziumun məqsədi barədə məlumat verib. Bolu Valisi A.Baruş tədbirin böyuk əhəmiyyətindən danışıb. Simpoziumun açılışında çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva çıxışına son günlər Türkiyədə terror hücümları, hadisələri zamanı şəhid olan 57 şəhidin ailəsinə və qardaş Türkiyəyə başsağlığı verərək başlayıb.“Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Sevincimiz də, acımız da ortaqdır. Ümummilli  lider  Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik. Qardaş  Türkiyədə şəhid olan 57 şəhid qardaşlarımıza  Allahdan rəhmət, yaxınlarına səbr diləyir və terroru lənətləyirik”.  Millət vəkili açılış çıxışında bütün Türk dünyasında  Koroğluya  sahiblənmənin önəmindən bəhs edib. Bu cür sahiblənməni ortaq dəyərlərimizə, tariximizə sahiblənmə olaraq görən Q. Paşayeva bununla gəncliyin və gənclərin daha sağlam addımlarla irəliləməsinin təmin ediləcəyini bildirib,Azərbaycanın bu mövzuya hər zaman böyük önəm verməsi və bu sahədə görülən işlərdən danışıb. “3-cü dəfə belə bir simpoziumun açılışında çıxış etməkdən və fikirlərimizi bölüşməkdən məmnunam.Çünki Azərbaycan türkləri üçün Koroğlu dastanı hər zaman önəmli olub.”

“Koroğlu” qəhrəmanlığının Azərbaycan və azərbaycanlılar üçün önəmi məsələsinə toxunan Qənirə Paşayeva bütün Şərqdə və türk dünyasında ilk  “Koroğlu” operasının məhz Azərbaycanda yazıldığını söyləyib. “Koroğlu haqqında ilk opera Üzeyir Hacıbəyovun yazdığı “Koroğlu” operasıdır ki, bu gün dünyanın hər yerində çox böyük sevgi ilə izlənilir. Millət vəkili ortaq dəyərlərimizdən olan istər Dədə Qorqud, istərsə də Koroğluya türk dünyasında “biz” olaraq sahiblənmənin daha önəmli olduğunu deyib. “Koroğlu bizim ən böyük ortaq dəyərlərimizdən biridir. Dədələrimizə məxsus abidələrin harda olduğu önəmli deyil, əsas olan onlara sahib olmaqdır. “Mənim” “sənin” yox, “bizim” anlayışımızla sahiblənməliyik. Azərbaycanda Koroğlunun heykəli var. Boluda da Koroğlunun heykəlinin qoyulması sevindiricidir. Onların sayı Türk dünyasının müxtəlif bölgələrində nə qədər çox olsa o qədər yaxşıdır”.  Millət vəkili Türk dövlətlərinin birlikdə Koroğlu ilə bağlı beynəlxalq səviyyəli bir film çəkməsinin vacibliyindən də danışıb və Türk dövlətləri mədəniyyət nazirlərinə cağırış edib. O, bildirib ki, Azərbaycanda və Türkiyədə uzun illər əvvəl Koroğlu ilə bağlı film çəkilib amma artıq dünyada nümayiş oluna biləcək səviyyədə bir Koroğlu filminin çəkilməsinə ehtiyac var.

Çıxışının sonunda millət vəkili Q.Paşayeva Türkdilli dövlətlərin ortaq tarix və ədəbiyyatının hazırlanaraq təhsil müəssisələrində tədrisinin vacibliyindən danışıb:  “Koroğlu kimi dastanlar bu millətin ruhudur.Dastanda millətimizin qəhrəmanlığını, insanımızın əxlaq anlayılşını, mədəniyyətini görmək mümkündür. Koroğlu bir qəhrəmanın necə olmasını göstərir. Bütün coğrafiyamızda onun qəhrəmanlığı öyrənilməlidir. İlk öncə öz gənclərimiz daha yaxından öyrənməlidir və öyrətməliyik sonra da başqalarına anlatmalıdırlar.” Q.Paşayeva çıxışını "İnşallah gələn Beynəlxalq Koroğlu simpoziumunu birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək" sözləri ilə bitirib. Simpoziumda çıxış edən bələdiyyə başçısı A.Yılmaz Koroğlunu Bolunun simasına çevrildiyini bildirib:”Bu həm Bolunun, həm də Koroğlunun təbliğidir.Koroğlu tam bir qəhrəmanlıq nümunəsidir. Necə ki, Robin Qood dünyada məşhurdur. Koroğlunun da bu cür tanınmasına nail olmalıyıq”. Ortaq dəyərlərimizdən bəhs edərkən o, Novruz bayramının Boluda da təntənəli şəkildə keçirildiyini  də deyib.Aşılış çıxışlarından sonra simpozium ayrı-ayrı panellərdə alimlərin çıxışları ilə davam edib. Beynəlxalq Koroğlu simpoziumunun açılışından sonra "Koroğlu" mövzusunda rəsm yarışmasının qaliblərinin əsərlərinə baxış olub, tədbir iştirakçıları qalibləri təbrik ediblər, bu yarışmanın böyük önəmini vurğulayib və qaliblərə uğurlar diləyiblər.

 

 






24 Avqust, 2015  10:10 Baxılıb: 971 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner