Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan, Anqola, Peru, Qətər və Cənubi Koreyanın hərbi xərcləri on il ərzində 16 milyard dollar artacaq

Azərbaycan, Anqola, Peru, Qətər və Cənubi Koreyanın müdafiə xərclərinin növbəti onillik ərzində 16 milyard ABŞ dolları artacağı proqnozlaşdırılır.

Simsar.az bildirir ki, “AzeriDefence”nin məlumatına görə, bu barədə “Frost & Sullivan” şirkətinin hazırladığı “Sürətli inkişaf edən müdafiə bazarı” hesabatında qeyd olunub.

Hesabatda qeyd olunur ki, qeyd olunan ölkələrin müdafiə xərclərinin ümumi illik artım tempi 2.8% təşkil edir. 2015-ci ildə adıçəkilən ölkələrin toplam müdafiə xərcləri 53.68 milyard dollar olub. 2025-ci ildə isə bu rəqəmin 70.57 milyard dollara çatacağı gözlənilir.

Şirkətin analitiklərinin fikrincə, adıçəkilən ölkələrdə müdafiə sahəsində xarici asılılığın aradan qaıldırılması üçün milli sənaye bazasının inkişafı cəhdləri gedir. Bu ölkələr yeni avadanlıqların alınmasına il ərzində ümumi büdcədən 30%-dən çox vəsait sərf edirlər.

Müdafiə xərclərinin artımı adıçəkilən ölkələrin yerləşdikləri regionlarda artan təhdidlərlə də sıx bağlıdır.






22 Avqust, 2015  12:55 Baxılıb: 1131 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner