Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İrəvanda toqquşmalar davam edib - AKSİYA

 

“Ayağa qalx, Ermənistan” hərəkatının fəalları İrəvanın mərkəzindəki Respublika meydanında ötən gün axşam saatlarından başlayan etiraz aksiyasını səhərədək davam etdirmək niyyətindədirlər .

Simsar.az erməni mediasına istinadən verdiyi xəbərə görə, bu barədə aksiya zamanı hərəkat şurasının üzvü David Ovanisyan bildirib.

“Biz qanunsuzluğa yol vermiş polisləri gərginlikdə saxlayacağıq”, deyə o qeyd edib.

Məlumata görə,  “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları növbəti aksiyanı eyni məkanda sentyabrın 4-də keçirməyi qərara alıblar.

Hazırda isə vəziyyət meydanda gərgin olaraq qalmaqdadır, fəallar və polis arasında mübahisə və toqquşmalar davam edir.

Xatırladaq ki, iyulun 27-dən İrəvanın mərkəzindəki Respublika meydanında oturaq etiraz aksiyası keçirilir. Etirazçılar elektrik enerjisi tarifinin qaldırılması qərarının ləğv edilməsini, “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsini və İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının buraxılmasını tələb edirlər.






22 Avqust, 2015  07:53 Baxılıb: 984 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner