Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Elşad Eyvazlı: “Dezinformasiya yaymayan jurnalistlərin cəbhəyə getməsində heç bir problem yoxdur”

 

Milli Məclisin bir qrup deputatı, KİV nümayəndələri və QHT təmsilçiləri cəbhənin bir neçə istiqamətində atəşkəs xəttində hərbçilərlə görüşüb.

Maraqlıdır, müdafiənin ön xəttində xidmət keçən hərbçilərlə görüşmək, onların vəziyyətini cəmiyyətə, cəmiyyətdəki abu-havanı onlara çatdırmaq üçün hansı prosedurdan keçmək lazımdır.

Bu kimi suallara cavab tapmaqdan ötrü səfərdə heyətə rəhbərlik edən Parlament Jurnalistlər Birliyinin (PJB) sədri, Modern.az saytının rəhbəri  Elşad Eyvazlı ilə əlaqə saxladıq.

O bildirdi ki, bir il ərzində 4-cü dəfədir ki,  Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə jurnalistlər cəbhə bölgəsinə səfər edirlər.

“Ötən ilin bu vaxtlarında cəbhədə atəşkəs ciddi şəkildə pozuldu. O zaman çox təəssüf ki, bilərəkdən, ya bilməyərəkdən aparıcı mətbu orqanlar bununla bağlı az qala şou göstərdilər. Doğru olmayan məlumatların yayılması cəmiyyətdə, insanlar arasında çaşqınlıq yaratdı. Hətta Azərbaycanın bir neçə kəndinin ermənilər tərəfindən işğal olunduğunu, eyni zamanda işğalda olan torpaqların geri qaytarılması ilə bağlı yalnış məlumatlar yayıldı.

O zaman biz Müdafiə Nazirliyinə müraciət edərək, cəbhə bölgəsinə getmək üçün icazə aldıq. Demək olar ki, bütün cəbhəboyu zonada olduq və doğru məlumatları cəmiyyətimizə çatdırdıq. Bundan sonra artıq cəbhə ilə bağlı yayılan yalnış məlumatların fəsadları aradan qaldırıldı. Birmənalı olaraq cəmiyyətimizə çatdırdığımız məlumatlara görə insanlar rahatlıq tapdı”.

E.Eyvazlı bildirib ki, bundan sonra bir neçə dəfə cəbhə bölgələrinə səfərləri olub: “Bu da onun nəticəsidir ki, bu məsələdə yanlışlığa yol vermədik.  Sonuncu dəfə isə bu ilin avqust ayının 14-də cəbhə bölgəsinə səfərimiz oldu. Mən bu cür səfərlərə şərait yaratdığına görə müdafiə naziri, general-polkovnik Zakir Həsənova dərin minnətdarlığımı bildirirəm.

Bu gün doğru xəbər yazan, naməlum mənbələrə istinadən ordu ilə bağlı dezinformasiya yaymayan jurnalistlərin cəbhə bölgəsinə getməsində heç bir problem yoxdur.

Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra orduda çox ciddi işlərin görüldüyü danılmazdır. Artıq əsgərlərimizlə hər hansı ictimaiyyət nümayəndəsinin görüşündə heç bir problem yoxdur.

Sadəcə onlarla görüşəndən sonra cəmiyyətə doğru məlumatları çatdırmaq lazımdır”.

“Bəs prosedur hansı şəkildədir, əsgərlərlə görüşə getmək üçün hansı addımlar atılmalıdır?”  sualına Elşad Eyvazlı cavab olaraq bildirdi ki, cəbhəyə getməkdə məqsədlərini, jurnalistlərin siyahısını Müdafiə Nazirliyinə təqdim ediblər və müsbət cavab alıblar: “Cəbhə bölgəsində zabitlər bizi çox yüksək şəkildə qarşıladılar. Onların da bizdən bir istəyi vardı, cəbhə ilə bağlı xəbərləri insanlara doğru şəkildə çatdırmaq...

Mən bir daha qeyd etmək istəyirəm ki, biz əvvəllərdə cəbhə bölgəsində olmuşuq. Amma son illər  ordu quruculuğunda görülən işlər göz qabağındadır. Biz başlıca olaraq əsgərlərin üzündə əvvəllər olduğu kimi nisgil, qəm-qüssə görmədik, əksinə onların sifətlərində torpaqlarımızı işğaldan azad etmək əzmi açıq sezilirdi. Bu, tək mənim fikrim deyil, orda olan millət vəkillərimiz, jurnalistlərimiz, QHT nümayəndələri də  bunu təsdiqləyə bilər. Əsgərlərimizin üzündəki bu ifadəni gördükdən sonra inanın yaşından asılı olmayaraq hamının ürəyindən yenidən əsgər olmaq istəyi keçdi. Bu, artıq Azərbaycan ordusunda olan vətənpərvərlik ruhunun, Vətən sevgisinin və torpaqlarımızın işğaldan azad etmək ruhunun yüksəkdə olmasının təzahürüdür.

Ən əsası ordumuzun hərbi texnikı təchizatı yüksək səviyyədədir.  Ordumuz bu gün hərtərəfli, istər geyim, istərsə də qida baxımından çox yüksək şəkildə təmin olunub. Ən yüksək postlarda belə əsgərlərin təmizliyi üçün şərait yaradılıb. Şahidi olduq ki, əsgərlərimizə artıq ev yeməkləri, milli xörəklər verilir”.

E.Eyvazlı qeyd edib ki, əsgər-zabit münasibətlərində də artıq çox ciddi şəkildə dəyişikliklər var: “Biz cəbhəyə səfərimiz zamanı bunun şahidi olduq. Bizim istəklə əvvəlcədən nəzərdə tutulmamış hərbi hissələrdə olduq.

Burada da eyni münasibəti gördük. Bu gün Azərbaycan ordusunda zabit-əsgər münasibətləri çox yüksək səviyyədədir. Bu da əlbəttə ki, ordu sahəsində aparılan islahatlar və görülən işlərin nəticəsidir.

Zabitlərin əsgərlərlə qanuna uyğun şəkildə davranması tələb olunur. Onlar da bu qaydalara çox yüksək şəkildə əməl edirlər.

Əlbəttə ki, bu da bizləri çox sevindirdi”.

Bu gün Azərbaycan əsgərinin ictimaiyyət nümayəndələri ilə görüşünə heç bir məhdudiyyət qoyulmadığını vurğulayan E.Eyvazlı bu məsələdə yenə də Müdafiə Nazirliyi rəhbərliyinin rolunu xüsusilə qeyd edib.

“Əgər cəbhə bölgəsinə getmək istəyən jurnalistlərimiz olarsa təbii ki, biz onları da dəvət edəcəyik. Əsas odur ki, cəbhə bölgəsinə səfər edən jurnalistlərimiz milli maraqların qorunması yönündə çıxış etsinlər və orduda görülən işləri düzgün şəkildə cəmiyyətə çatdıra bilsinlər.

Onu da qeyd etməliyəm ki, jurnalistlərimiz Müdafiə Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyin fərqinə varmalıdırlar.

Bu gün dövlətimiz müharibə şəraitindədir və bu yükü daşımaq daha çox Müdafiə Nazirliyinin üzərinə düşür. Bütün cəmiyyətimiz müharibəyə hər an hazır olmalıdır. Bəzi məsələlər var ki, onlar hərbi sirdir və bu zaman Müdafiə Nazirliyinin cavab verməmə kimi haqqı var. Jurnalistlərimiz bunun fərqində olmalıdırlar.

Mən sonda bir daha bizə cəbhə bölgəsində yaradılan yüksək səviyyəli şəraitə görə jurnalistlər adından müdafiə naziri, general-polkovnik Zakir Həsənova minnətdarlığımı bildirirəm”.

 

 







20 Avqust, 2015  11:23 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner