Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İkimərtəbəli qatarlar gətirilib - BAKIYA

Sentyabr ayının 15-də Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkətini təşkil etmək üçün ciddi hazırlıq gedir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bu məqsədlə avqustun 20-də daha bir ikimərtəbəli elektrik qatarı Azərbaycana gətirilib.   Bu, artıq ölkəmizə gətirilən sayca üçüncü qatardır.   Qeyd edək ki, “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarının birincisi   mayın 30-da, ikincisi isə isə mayın 31-də Bakı sərnişin stansiyasına gətirilib. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında  sərnişinlərin  yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.  İkimərtəbəli elektrik qatarları Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadə ediləcək.   Xatırladırıq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə “Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group”  şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılır.  13 may 2015-ci ildə Bakıda keçirilən “2015 TransCaspian” Beynəlxalq nəqliyyat, tranzit və logistika  sərgisi çərçivəsində “Stadler Rail Group”   şirkətindən  KİSS markalı 5 ikimərtəbəli elektrik qatarının  alınması üzrə saziş imzalanıb.






20 Avqust, 2015  11:02 Baxılıb: 620 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner