Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Nurlan Növrəsli İstanbula gedir

Müğənni Nurlan Növrəsli isti yay aylarını tam olaraq sənətinə həsr edib. İstirahətə yox deyən ifaçı, bütün vaxtını səs yazma studiyasında olub. Bu haqda müğənni özü Simsar.az-a açıqlamasında bildirib. “Hava nə qədər isti olsa da, musiqiyə olan sevgimi heç bir isti hava üstələyə bilməz. Buna görə də, istilərdə demək olar ki, səs yazma studiyasından çıxmamışam. “Nazlana-nazlama” adlı yeni mahnı ifa etmişəm. Mahnı mənim ifamda yeni olsa da, Məmmədbağır Bağırzadənin repertuarından hər kəsə bəlli, dillər əzbəri olan bir mahnıdır. Mən mahnını bu günün nəbzinə uyğun yenidən aranjeman etdirmişəm. İnanıram ki, ifam dinləyicilərin ürəyincə olacaq”.

Müğənninin yeniliyi təkcə bununla yekunlaşmır. Senytabr ayında ifaçı 2 yeni kliplə tamaşaçıların qarşısına gələcək.

“Yeni mövsümdə yeniliklərim çox olacaq. Yeni mahnılarım və iki klipim işıq üzü görəcək. Kliplərdən biri “Nazlana-nazlana” adlı mahnıma, digəri isə repertuarımda ən çox sevdiyim əsərlərdən biri olan, musiqisi Aygün Səmədzadəyə, sözləri isə Qənirə Paşayevaya məxsus “Gecə valsı” adlı mahnıma klip çəkiləcək”.Sonda müğənni bu gün İstanbula işgüzar səfərə getdiyini də əlavə edib. O, bildirib ki, Türkiyədə bir sıra musiqiçilərlə görüşəcək və mahnılarının yeni aranjemanlarını məhz orada həyata keçirəcək. İfaçı eyni zamanda yay ayında dəniz kənarında fotosessiya da etdirib.

 






20 Avqust, 2015  09:00 Baxılıb: 1291 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner