Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

UEFA Superkubokunu "Barselona" qazandı

Simsar.az -ın məlumatına görə Gürcüstanın paytaxtı Tiflisdəki “Dinamo Arena”da baş tutan görüşdə Çempionlar Liqasının son qalibi “Barselona” ilə Avropa Liqasını qazanan “Sevilya” münasibətlərinə aydınlıq gətiriblər.

Tarixi ərzində 9-cu dəfə Superkubokda iştirak etmək imkanı əldə edən “Barselona” 5-ci dəfə bu kuboku müzeyinə aparmaq və bu baxımdan rekordçu “Milan”a çatmaq arzusunda idi.

 

“Sevilya” isə tarixi ərzində 4-cü dəfə Superkubok matçına çıxıb. Birinci və sonuncu dəfə 2006-cı ildə məhz “Barselona” üzərində qəbələ qazanaraq (3:0) Superkuboka yiyələnən Əndəlüsiya klubu 9 illik həsrətə son qoymaq niyyətində idi.

 

Qarşılıqlı qollarla başlayan qarşılaşmada azarkeşlər qol "yağışı"na şahidlik ediblər. "Sevilya" hesabı açmasına baxmayaraq, "Barselona" dərhal buna qarşılıq verib və ikinci hissənin əvvəlində 4:1 hesabı ilə önə keçib. Lakin təslim olmayan əndəlüsiyalılar möhtəşəm geri dönüş etməyə müvəffəq olublar. Nəticədə 90 dəqiqəlik mübarizə 4:4 hesabı ilə başa çatıb. Bu isə görüşün daha yarım saat uzanmasına səbəb olub.

 

Əlavə vaxtda Pedro Rodrigesin vurduğu qol dramatik qarşılaşmada "Barselona"ya qələbə qazandırıb. Bununla da, kataloniyalılar bu il İspaniya La Liqası, İspaniya Kral Kuboku və UEFA Çempionlar Liqasından sonra UEFA Superkubokunun da qalibi olub.

 

 

Avropa Superkuboku

11 avqust

 

“Barselona” (İspaniya) – “Sevilya” (İspaniya) - 5:4

 

Qollar: Messi, 7, 16, Rafinya. 44, Luis Suares, 52, Pedro, 115 - Baneqa, 3, Reyes, 57, Qameyro, 72 (pen.), Konoplyanka, 81

 

"Barselona": 1. Mark-Andre Ter Ştegen, 3. Xerard Pike, 14. Xavyer Maskerano, 6. Dani Alveş, 24. Ceremi Matyu, 5. Serxio Buskets, 4. İvan Rakitiç, 8. Andres İnyesta (k), 12. Rafinya, 9. Luis Suares, 10. Lionel Messi

 

"Sevilya": 13. Beto, 3. Adil Rami, 4. Qrzeqorz Kriçovyak, 2. Benoit Tremulinas, 23. Koke, 19. Ever Baneqa, 7. Mixael Kron-Dehli, 20. Viktor Vitolo, 8. Visente İborra, 10. Xose Antonio Reyes, 9. Kevin Qameyro

 

Baş hakim: Villi Kollum (Şotlandiya)

 

Stadion: “Dinamo Arena” (Tiflis, Gürcüstan)







12 Avqust, 2015  02:29 Baxılıb: 1067 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner