Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Bu gün "Qəbələ" və "İnter" Avropa Liqasında növbəti oyunlarını keçirəcək

Bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları keçiriləcək. Simsar.az -ın  məlumatına görə, gecənin görüşlərindən 2-si Azərbaycan təmsilçilərinin iştirakı ilə baş tutacaq.

"Qəbələ" Bakıda Kiprin "Apollon" klubunu qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək matçda "qırmızı-qaralar" üstünlüyə malikdir. Azərbaycan təmsilçisi səfərdəki ilk görüşdən 1:1 hesablı bərabərliklə ayrıldığından, doğma meydanda qolsuz bərabərlik də baş məşqçi Roman Qriqorçukun komandasını növbəti mərhələyə yüksəldəcək. Qeyd etmək lazımdır ki, UEFA "Apollon"un Cavid Hüseynov haqda irəli sürdüyü iddiaları əsassız sayaraq futbolçuya heç bir cəza tətbiq etməyib və "Qəbələ"nin kapitanı baş məşqçinin istəyi daxilində bu gün də meydana daxil ola biləcək.

Bakının "İnter" klubu isə öz meydanında İspaniya "Atletik"ini qəbul edəcək. Paralel start götürəcək digər oyundan fərqli olaraq, burada qonaqlar üstünlüyə malikdir. Bilbaodakı 0:2 hesablı məğlubiyyət Zaur Svanadzenin komandasını Bakıda hücum futbolu oynamağa vadar edəcək. Paytaxt klubu mərhələ adlamaq üçün ən azı qapısını toxunulmaz saxlamaq şərtilə rəqibi 3 dəfə məyus etməlidir. Bu, "Atletik" kimi komandaya qarşı o qədər də inandırıcı görsənməsə də, hər halda "İnter"in maddi problemlərlə bu mərhələyə qədər irəliləməsini uğur hesab etmək olar.

Avropa Liqası, III təsnifat mərhələsi

Cavab oyunları

21:00. "Qəbələ" (Azərbaycan) - "Apollon" (Kipr)

Hakimlər: Duarte Nunu Pereyra Qomes, Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome (Portuqaliya)

Dördüncü hakim: Bruno Miguel Duarte Paixao (Portuqaliya).

UEFA nümayəndəsi: Vladislav Kodev (Rusiya).

Hakim-inspektor: Fraqutin Karlo Polyak (Xorvatiya).

Bakı. "Bakcell Arena"

İlk oyun: 1:1

 

21:00. "İnter" (Bakı, Azərbaycan) - "Atletik" (İspaniya, Bilbao)

Hakimlər: Sərdar Gözübüyük, Bas van Dongen, Patrik Lanqkamp (Hollandiya)

Dördüncü hakim: Dennis Higler (Hollandiya).

UEFA nümayəndəsi: George Fantaros (Kipr).

Hakim-inspektor: Kostadin Gerginov (Bolqarıstan)

Bakı. "İnter Arena"

İlk oyun: 2:0






6 Avqust, 2015  09:03 Baxılıb: 1068 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner