Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"İctimai yerlərdə siqaretə YOX" - millət vəkili Tovuzda tədbirdə

Simsar.az xəbər verir ki, Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) Tovuzun ən böyük kəndlərindən biriƏlimərdanlıda çoxlu sayda şagirdlərin, gənclərin iştirakı ilə “İctimai yerlərdə siqaretin çəkilməsinə YOX deyirik” adlı tədbir, görüş keçirib. Millət vəkili Q.Paşayeva təssüflə bildirib ki, bu gün demək olar ki, əksər ictimai yerlərdə insanlar rahat şəkildə siqaretdən, tütün məsullarından istifadə edirlər ki, bununla da özləri ilə bərabər siqaretdən istifadə etməyənləri də onun zərərli təsirlərinə məruz qoyurlar. İctimai yerlərdə siqaretin çəkilməsinin zərərlərindən danışan milllət vəkili Qənirə Paşayeva bu istiqamətdə maarifləndirmə və ictimai qınağın da önəmini xüsusi vurğulayaraq gəncləri bu məsələlərə daim həssaslıq nümayiş etdirməyə çağırıb və bildirib ki, biz ictimai yerlərdə siqaretin çəkilməsinin qarşısını almaq üçün bərabər maarifləndirmə işlərini gücləndirməliyik. Tədbir zamanı  millət vəkili Qənirə Paşayeva tədbirdə iştirak edən gənclərə bütün dünyada bestseller olan və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən tərcümə edilərək nəşr edilən “Siqareti atmağın asan yolu” kitabını da hədiyyə edib və Əlimərdanlıda da digər kəndlərdə olduğu kimi 30 nəfər gəncdən ibarət qrup yaradılıb və onlar bu istiqmətdə kəndlərində həm gənclər həm də digər yaş qruplarından insanlar arasında əldə etdikləri kitab və məlumatları dərindən öyrənərək könüllü təbliğat aparmağa və bu missiyanı böyük məmuniyyətlə yerinə yetirəcəklərinə dair millət vəkili Qənirə Paşayevaya söz veriblər. Hazırda il ərzində 5 milyondan artıq insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini deyən Qənirə Paşayeva biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik deyib. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalıdır deyən Q.Paşayeva gənclərin bu istiqamətdə suallarını da cavablandırıb. Biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq deyən Qənirə Paşayeva özəlliklə gənc oğlanları çox diqqətli olmağa, öz həyatları öz əlləri ilə məhv etməməyə çağırıb.






4 Avqust, 2015  11:09 Baxılıb: 623 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner