Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva müəllim və şagirdlərlə görüşüb

Simsar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva bildirib ki, Əlimərdanlı kənd  orta  məktəbi Tovuzun yaxşı təhsil ənənələri olan məktəblərindən biridir və bunda  fədakar müəllimlərimizin böyük rolu var və gənc müəllimlər belə müəllimlərimizdən örnək  götürməlidir. Məktəbin direktoru Nizami Qurbanov çıxış edərək məktəbdə təhsilin vəziyyəti, əldə olunan uğurlar və yaxınlaşan qəbul imtahanlarında ötən illə müqayisədə daha da yaxşı nəticələr gözlədiklərini deyib. Müəllimlər Əlimərdanlı orta  məktəbinin  binasının köhnə olması, təhsil üçün o qədər yararlı vəziyyətdə olmaması, yeni məktəb tikintisinə və ya indiki binanın təcili əsaslı təmirinə böyük ehtiyacı olduğunu, millət vəkili Qənirə Paşayevanın bununla  bağlı  hökumətə  və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər.  Millət vəkili Qənirə Paşayeva  Bakıya qayıtdıqdan sonra bununla bağlı yenidən hökumətə millət vəkili kimi xahiş və  müraciət  edəcəyinə söz verib. O, gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq  bu  ilin qəbul göstəricilərinin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə – narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir, ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür deyib. Millət vəkili məktə yaşlı uşaqlar arasında artan skaliozlardan,onurğa əyilmələrindən də danışıb və ibtidai sinif və idman müəllimlərini, məktəb rəhbərliyini bu məsələyə xüsusi diqqət göstərməyə çağırıb. "Biz ibtidai sinifdə oxuduğumuz illərdə müəllimlərimiz bizə yazı yazmağı öyrətməklə bərabər partada doğru oturmağı, yazı yazarkən necə oturmaq lazımdır onu da öyrədərdi və hər dəstə hər birimizə bəlkə bir neçə dəfə xəbərdarlıq edərdi. Bundan başqa hər sabah səhər tezdən dərslər başlamaqdan əvvəl idman meydançasında ümumi idman hərəkətləri edərdik və ondan sonra dərslərə gedərdik. İdman dərsləri isə çox ciddi keçirilərdi və bunun nəticəsində oğlanlarımız da, qızlarımız da fiziki sağlam olurdular.  Eyni zamanda hərbi hazırlıq dərsləri də hərbi biliklər verməklə bərabər bu istiqamətdə də özünün müsbət təsirini göstəriridi. Məktəb rəhbərliyimizdən, müəllimlərimizi bu məsələlərə xüsusi diqqət göstərməyə çağırırram. Nə qədər məktublar alıram ailələrdən. Uşaqlarının skaliozunun müalicəsinə və ya əməliyyatına dəstək istəyirlər. Uşaqlarımız arasında  bu kimi halların daha da artmaması üçün məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür və mən inanıram ki, Əlimərdanlı kənd məktəbi kollektivi bu məsələyə bundan sonra daha da böyük  diqqət göstərəcək. Uşaqlarımızın fiziki və mənəvi  sağlam böyüməsi üçün hamımız əlimizdən gələni etməliyik." Millət vəkili məktəbdə şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət  edib. Millət vəkili uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili Qənirə Paşayeva gənclər arasında kitaba, elmə meyilliyin artması istiqamətində də onlarla söhbət edib və suallarını cavablandırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verlişlərə ayırmamağa çağırıb. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Millət vəkili Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”, – millət vəkili Qənirə Paşayeva deyib. Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir iştirakçıları da uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllim və şagirdlərə  müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda  kitablar  və məktəbə özünün hədiyyələrini də təqdim edib.






3 Avqust, 2015  12:00 Baxılıb: 831 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner