Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Naftalan polisləri qəzaya düşdü

Goranboyda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Qarqucaq kəndi ərazisində qeydə alınıb. Naftalan rayon Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Nəsimi Şakir oğlu Kərimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yolun kənarına aşıb.

Nəticədə maşında olan sərnişin, 1986-cı il təvəllüdlü Cahid Nazim oğlu Tağıyev ölüb, sürücü və digər sərnişin, 1987-ci il təvəllüdlü Seymur Dilqəm oğlu Abbasov isə müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.Qeyd edək ki, qəzada ölən və yaralananlar Naftalan rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.






3 Avqust, 2015  11:50 Baxılıb: 826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner