Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Müğənni fəxri ad üçün rejissor kimi teatrda ştata salınıb

"Məqsəd odur ki, Roza Zərgərli teatrın xətti ilə fəxri ad alsın"

Simsar.az Ölkə.Az- a istinadla bildirir ki,  Mingəçevir Dövlət Dram Teatrı ilə bağlı daha bir ilginc fakt əldə edib. Məlum olub ki, tanınmış müğənni Roza Zərgərli iki ilə yaxındır ki, teatrın rejissor ştatına götürülüb. Amma buna baxmayaraq, sənətçi teatrda bir tamaşaya belə quruluş verməyib. Bildirilir ki, Zərgərlinin teatra rejissor kimi götürülməsi Mədəniyyət və Turizm Nazirliyinin yüksək vəzifəli şəxslərinin direktor Səxavət Məmmədova qeyri-rəsmi tapşırığıdır. Teatrdakı mənbənin dediklərindən: "Roza Zərgərli ötən ildən teatrın ştatına rejissor kimi götürülüb. İndiyə kimi üzünü bir neçə dəfə görmüşük. İki gün əvvəl burda solo konserti də oldu. Arabir teatra gəlib getsə də, yaradıcı prosesdə heç bir iştirakı yoxdur. İnanın ki, teatrdakıların 95 faizinin heç adını da bilmir".

Mənbə müğənninin rejissor qismində ştata götürülməsinin səbəblərinə də aydınlıq gətirib: "Məqsəd odur ki, Roza Zərgərli teatrın xətti ilə fəxri ad alsın. Bunun üçün onu adı ən azı üç il burada olmalıdır. Düzdür, Roza Zərgərli rejissorluğu bitirib, burda da adı gedir. Amma hələ ortada bir işi yoxdur".

Qeyd edək ki, R.Zərgərli Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin məzunudur.






3 Avqust, 2015  11:36 Baxılıb: 1186 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner