Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Rayonlarımız atəşə tutulub

Simsar.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 79 dəfə pozub.

Ermənistan respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Fərəhli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Çaylı, Ağdam rayonunun Şıxlar, Şuraabad, Baş Qərvənd, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Kəngərli, Novruzlu, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də atəşkəs pozulub. Düşmən cavab atəşi ilə susdurulub.

Xatırladaq ki, ermənilər son bir ay ərzində cəbhədə fəallaşıblar. Demək olar ki, hər gün mövqelərimiz iri çaplı silahlardan, minaatanlardan atəşə məruz qalır.Ötən gün Ötən gün erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 mm. minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 105 dəfə pozub.






3 Avqust, 2015  10:30 Baxılıb: 877 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner