Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva: "Nigaha daxil olarkən tibbi arayış tələb edin"

Simsar.az xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşdə ailə qurmaq istəyən cütlüklərin nikahlarını rəsmiləşdirmək üçün mütləq tibbi müayinədən keçməli olması ilə bağlı sualları da cavablandırıb və bildirib ki, bu qurulan ailələrimizin gələcəyi üçündür. Bir çox irsi qan xəstəliklərinin getdikcə daha da artdığını,siflis və İİV/QİÇS problemlərindən danışa millət vəkili Q.Paşayeva sonradan məhz bu problemlər üzündən xeyli ailənin dağıldığını və nigaha girənlər, ailələrinin isə biz bunu öncədən bilsəydik deyə söylədiklərini diqqətə çatdıran millət vəkili Q.Paşayeva qanunvericilikdə bu məsələnin öz həllini tapması və tətbiqi ilə biz irsi qan xəstəliklərinin gələcəyə doğru cəmiyyətimizdə azalmasına nail ola biləcək, evlənən cütlüklər arasındasiflis və İİV/QİÇS problemi zamanında aşkar olunacaq və ailələr onları gözləyə biləcək təhlükələrdən xəbərdar olacaq və buna uyğun da öz addımlarını atacaqlar deyən millət vəkili Qənirə Paşayeva artıq Nazirlər Kabinetinin (NK) "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq etdiyini və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklər,hemoqlobinopatiyalar, böyük beta-talassemiya,aralıq beta-talassemiya,drepanotalassemiya,oraqvari hüceyrəli anemiya, İİV/QİÇS, sifilis barədə məlumatlar verib. Millət vəkili tibbi müayinələrin pulsuz olacağı yəni dövlət vəsaiti hesabına aparılacağını da sakinlərə söyləyib və bu istiqamətdə narahat olmamağa çağırıb və sakinlərin bu istiqamətdə suallarını da cavablandırıb.Millət vəkili Q.Paşayeva Qədirli və Cilovdarlı kəndlərində kənd sakinləri ilə görüşdə sakinləri kəndlərini Tovuz şəhəri ilə birləşdirən avtomobil yolunun surətli tikintisi münasibəti ilə də təbrik edib və onları bu istiqamətdə narahat edən ciddi prolemin artıq öz həllini tapdığını söyləyib və bunun cənab Prezidentin onlara diqqət və qayğısının nəticəsi olduğunu vurğulayıb. Millət vəkili Qənirə Paşayeva ilə görüşdə Qədirli və Cilovdarlı kənd sakinləri ünvanlı sosial yardımla bağlı daha çox müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. Sakinlər kəndə verilən içməli və  əkin suvarması suyu ilə bağlı təhcizatın daha da yaxşılaşdırılması ehtiyacı ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirərlər aparıblar. Sakinlər kəndin ən ciddi probleminin içməli və özəlliklə yay aylarında əkin sahələrini suvarma suyu olduğunu bildirərək millət vəkilindən bu problemin həllində dəstək olmasını xahiş ediblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuzda əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur və əkinlərin zamanında suvarıla bilməsi onlar üçün ən əsas məsələdir. Yayının quraqlıq olduğunu və insanların əkin sahələrinin suvarılmasından böyük əziyyət çəkdiyinin şahidi olduğunu deyən millət vəkili Qənirə Paşayeva sakinlərin bu illə bağlı narahatlığını çox yaxşı anladığını deyib. Prezident İlham Əliyev tərəfindən bu ilin Kənd Təsərrüfatı ili elan olunduğuna diqqət çəkən millət vəkili Qənirə Paşayeva dövlətin bu istiqamətdə insanlara dəstəyinin daha da artacağını deyib. Millət vəkili Qənirə Paşayeva onların içməli və suvarma su ilə bağlı problemlərini bildiyini, bu barədə artıq müvafiq qurumlara müraciət etdiyini deyib. Millət vəkili Qənirə Paşayeva onların ciddi içməli su problemini Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov ilə müzakirə etdiyini və problemin həlli üçün kömək göstərilməsini xahiş etdiyini və Azərsu sədrinin bu məsələyə yaxın zamanlarda baxılacağına dair söz verdiyini bildirib. Millət vəkili Qədirli və Cilovdarlıda bir çox xəstələrin vəziyyəti ilə də maraqlanıb və bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Millət vəkili vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağın deyib. Millət vəkili bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə bağlı müfafiq qurumlarla danışacağını və həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb. Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalamağa və uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb. Millət vəkili kənddə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb və özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı materialları onlara hədiyyə edib. Bəzi imkansız ailələri də ziyarət edən millət vəkili Qənirə Paşayeva onların qayğıları ilə maraqalnıb.

Simsar.az





31 İyul, 2015  10:20 Baxılıb: 847 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner