Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Zivərbəy Əhmədbəyova hekəl qoyuldu-FOTO

“Nizami” metrostansiyasının qarşısındakı parkın iyunun 15-də açılışı olacaq

Nizami metrosunun qarşısında yeni salınan parkda Zivərbəy Əhmədbəyovun heykəli ucaldılıb. Heykəlin açılışı iyunun 15-də olacaq. Açılışda dövlət başçısının da iştirak edəcəyi gözlənilir. 
Hazırda parkda tamamlanma işləri aparılır.

Z.Əhmədbəyovun heykəlinin məhz “Nizami” metrostansiyasının qarşısında ucaldılması təsadüfi deyil. Metronun sol tərəfində memarlıq üslubunda tikilən binanın müəllifi olan Z.Əhmədbəyov Bakının ilk baş memarı olub. Metronun qarşısından keçən küçə də, Z.Əhmədbəyovun adını daşıyır.

Zivərbəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda alıb. 1902-ci ildə Peterburq İnşaat-Mühəndisləri İnstitutunu bitirib. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyib. Azərbaycan Xalq Cumhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub.

Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi tikib Kərbəlayi Əhməd) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilib.

Əmircanda tikdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi YUNESKO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.

Z.Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdiririb. Bakıda Oftalmologiya institutunun və onun layihəsilə tikilən bir sıra başqa yaşayış binaları bu gün də göz oxşayır.

1917-ci ildə isə Z.Əhmədbəyov "İslam mədəniyyət abidələrini qoruyan", 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" cəmiyyətlərini yaradıb.

Zivərbəy Əhmədbəyov 1925-ci ildə Bakıda vəfat etmişdir.

RUSLAN






18 May, 2011  16:54 Baxılıb: 3694 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner