Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yeni yerüstü keçid istifadəyə verilib - Bakıda

Bakıda yeni yerüstü keçid istifadəyə verilib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC -dən  Simsar.az -a verilən məlumata görə, Azadlıq prospektinin M.Ə.Rəsulzadə qəsəbəsindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini nəzərə alaraq, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə yeni yerüstü piyada keçidinin inşasına 2014-cü ilin oktyabr ayında start verib. Tikinti işləri Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilərək vaxtında yekunlaşdırılıb.

Bir aşırımlı, metal konstruksiyalı yerüstü müasir piyada keçidinin eskalatorlarla birlikdə ümumi uzunluğu 82,12 metr, o cümlədən giriş-cıxışlarda pilləkanların üzunluğu  2x23.77=47.54 metr, aşırımın mərkəzi  dayaq  oxları arasında məsafə 28.24 metr, daxili eni 3,4 metr, hündürlüyü isə 3,0 metrdir, yol üzərindən hündürlüyü isə 6,0 metrdir. Yerüstü piyada keçidinin eyni tərəfə baxan iki ədəd giriş cıxışının hər birində vətəndaşların rahat hərəkəti üçün 2 komplekt olmaqla 4 ədəd eskalator quraşdırılıb.

Piyada keçidinin qapalı hissəsi və pilləkanların işıqlı olması üçün şüşə pəncərələr quraşdırılıb, pilləkan marşı və dəhliz hissəsi mərmər üzlük daşı ilə üzlənib, tavan və yan divarlar müxtəlif rəngli alkopanlarla üzlənib, müasir işıqlandırma sistemi qurulub






23 İyul, 2015  15:45 Baxılıb: 724 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner