Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Bayburtun bələdiyyə başqanı ilə görüşüb

Simsar.az xəbər verir ki, Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva  Bayburt  bələdiyyəsinin başqanı Mete Memişle görüşüb. Azərbaycanın umummimilli lideri Heydər Əliyevin dediyi kimi Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir deyən millət vəkili Qənirə Paşayeva gorüş zamanı Azərbaycan  ilə  Türkiyənin bəzi  şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər  və  bələdiyyələr olduğunu bildirərək,  Dədə Qorqud, Bamsı Beyrək kimi tarixi qəhrəmanlarımıza qucaq açmış qədim Bayburtla   Azərbaycan bölgələrindən  biri  ilə qardaş olaraq görmək  istədiklərini  bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı  da fikir mübadiləsi aparıb və yaxın zamanlarda  Bayburtun mərkəzi  parklarından birinə  Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına, mərkəzi küçələrdən birinə Azərbaycan adınının veriləcəyinə  inandığını deyib və  Bayburt   bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.  Azərbaycanın qədim şəhəri Ağdamın Ermənistan tərfindən işğalından bi gün 22 il ötür deyən millət vəkili Qənirə Paşayeva şəhidlərimizi rəhmətlə anırıq və inanırıq ki, inşallah birlik və bərabərlik içində işğal altında olan torpaqlarımızı azad edəcəyik və Beynəlxalq Dədə Qorqud festivallarını orada da keçirə biləcəyik deyib.  Millət vəkili bələdiyyə başqanına Azərbaycanla bağlı, Azərbaycan-Türkiyə münasibətlərinin bu günkü surətli inkişafı ilə bağlı geniş məlumatlar verib və fikir mübadiləsi aparılıb.  Azərbaycanı sevdiyini deyən Bayburt  bələdiyyə başqanı Mete Memiş Türkiyənin  və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq  Bayburt   bələdiyyəsinə rəhbərliyi dövründə  Azərbaycanla bütün istiqamətlərdəəməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi,  Xocalı ağrısı hər zaman  bizim də problemimiz və ağrımızdır deyən  Bayburt   bələdiyyə başqanı Mete Memiş  hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın  Bayburtda  Qarabağ  adını daşıyan parkın, Azərbaycan adına küçənin verilməsi təklifini müsbət qiymətləndirdiyini deyərək yaxın zamanlarda bu təklifin reallaşacağını deyib. Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabını təqdim edən Qınirə Paşayeva kitabda qədim Bayburtun xüsusi yer tutduğunu göstərərəkAzərbaycan insanına  Bayburtu  daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib.  Millət vəkili  Bayburt  bələdiyyəsi  başqanı Mete Memiş   və xanımını  Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə  dəvət edib. Dəvəti məmnuniyyətlə  qəbul edən   Bayburt bələdiyyə başqanı  Mete Memiş Azərbaycana məmuniyyətlə səfər etmək vəəməkdaşlığı daha da genişləndirmək istədiklərini   deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva  Bayburt  bələdiyyə başqanına həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən”, “Karabağ hikayeleri” kitablarını , rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündəəks etdirən kitablar, filmlər hədiyyə edib.  O da millət vəkilinə Bayburt  tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib. Görüşdə əslən Bayburtlu olan SOCAR Türkiyə başqanı  Kenan Yavuz və Azərbaycandan bir sıra mədəniyyət və ədəbiyyat xadimləri də iştirak edib. Onlar da Azərbaycan-Türkiyə münasibətləri, gələcək prespektivlər və gənc nəsillərin bir-birimizi daha yaxından tanıma və sahiblənmə ruhunda tərbiyə edilməsinin vacibliyi ilə bağlı fikir və düşüncələrini bölüşüb, geniş fikir mübadiləsi aparılıb.

 






23 İyul, 2015  11:40 Baxılıb: 913 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner