Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xəstə uşaqların sayı artır - AZƏRBAYCANDA

Azərbaycanda yenitörəmələr aşkarlanan, anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozğunluqları, eyni zamanda, qidalanma, sinir sistemi pozğunluqları diaqnozu ilk dəfə qoyulan uşaqların sayı artıb.

Dövlət Statistika Komitəsindən Simsar.az -a verilən məlumata görə, 2013-cü ildə Azərbaycanda sinir sistemi diaqnozu ilk dəfə qoyulan uşaqların sayı 30 573 olduğu halda, 2014-cü ildə onların sayı 39 918 olub.

Bununla yanaşı, psixi və davranış pozğunluqları diaqnozu ilk dəfə qoyulan uşaqların sayı 2013-cü ildə 1647, 2014-cü ildə 2743 nəfər, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqları diaqnozu ilk dəfə qoyulan uşaqların sayı 2013-cü ildə 13 835, 2014-cü ildə 17 497 nəfər, gözün və onun əlavə aparatının xəstəliyi üzrə ilk dəfə diaqnoz qoyulmuş uşaqların sayı isə 2013-cü ildə 21 220, 2014-cü ildə 34 176 nəfər olub.

Qan dövranı sistemi xəstəlikləri diaqnozu ilk dəfə qoyulan uşaqların sayı 2013-cü ildə 12 822, 2014-cü ildə isə 15 878 nəfər olub.

Yenitörəmələr diaqnozu ilk dəfə qoyulan uşaqların sayı 2013-cü ildə 330 nəfər olduğu halda, 2014-cü ildə belə uşaqların sayı 498-ə yüksəlib.






22 İyul, 2015  16:10 Baxılıb: 600 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner