Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva kəndlərdəki gənclərlə görüşüb

Simsar.az xəbər verir ki, Millət  vəkili Qənirə Paşayeva  Tovuzun böyük  kəndlərindən olan Xatınlıda uşaqlar, gənclərlə görüş zamanı onlarla geniş fikir mübadiləsi aparıb və zamanlarını doğru istifadə etməyə, onları saatlarla kitablardan uzaqlaşdıran seriallar, şou proqramları və lazımsız verlişlərdən uzaq durmağa çağırıb. Bir sıra müəllim və  kənd ziyalıları  bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq  belə görüşlərə böyük ehtiyac olduğunu,uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildiriblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir.  Q.Paşayeva hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı,Azərbaycan coğrafiyasını da yaxşı öyrənməyə çağırıb. O, bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva onlarla Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir. "Mən hesab edirəm ki, gənclər tələbə adını qazanmaq üçün bütün qruplar üzrə riyaziyyat fənn ilə bərabər Azərbaycan tarixi fənnində də imtahan versələr yaxşı olar deyən millət vəkili Qənirə Paşayeva bu təklifi bir neçə dəfə səsləndirdiyini deyərək bildirib ki, Azərbaycan tarixi hər bir gəncimizin ən yaxşı oxuduğu fənn olmalıdır. Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, öz kitablarını onlara imzalı hədiyyə etməklə yanaşı Azərbayvan tarixi, ədəbiyyatına aid kitablar, əsərlər hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. O, uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamandan faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallara, şou proqramlarına  ayırmamağa çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”. Türkçe Konuşan Ülkeler Gazeteciler Cəmiyyətinin  başqanı Güngör Yavuzaslan çıxışında Azərbaycan və Türkiyənin bir millət və iki dövlət olduğunu deyib və inşallah bu cür tədbirləri Azərbaycan və Türkiyə olaraq birlikdə işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda və digər o gözəl torpaqlarımızda da keçirək deyib və Azərbaycan-Türkiyə münasibətlətinin bu günü və gələcəyindən, KİV və gənclərin ortaq həqiqətlərimizin yayılmasındakı rolu barədə geniş çıxış edib. O, gənclərə tariximizin öyrənilməsinin nə qədər önəmli olması ilə bağlı fikirlərini də söyləyib.  Görüşün sonunda Q.Paşayeva uşaqlara, gənclərə və müəllimlərə müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı, onlara yerli və xarici müəlliflərin kitablarını,özəlliklə Azərbaycan tarixi, dili, ədəbiyyatı, çoğrafiyası ilə bağlı çoxlu sayda kitablar hədiyyə edib. Millət vəkili məktəbin kitabxanasına gənclərin oxuması üçün  çoxlu kitablar hədiyyə edib. Türkçe Konuşan Ülkeler Gazeteciler Cəmiyyətinin başqanı Güngör Yavuzaslan da gənclərə kitablar hədiyyə edib.

Simsar.az






22 İyul, 2015  11:05 Baxılıb: 768 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner