Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili uşaqlarla görüşüb

Simsar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB tərəfindən Saray qəsəbəsində yerləşən 7 saylı əlil uşaqlar üçün internat evində tədbir təşkil edilib.Uşaqları Ramazan bayramı münasibəti ilə təbrik edən millət vəkili Qənirə Paşayeva Allahdan onlara hər zaman yardımçı olmağı diləyib. 7  nömrəli internat məktəbin direktoru çıxış edərək  bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunub. Uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva müsəlman dünyasının müqəddəs bir ayında – on bir ayın sultanı Ramazan ayında uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib. Dövlətimizin və ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın uşaq evlərinə böyük diqqət və qayğısını xüsusi vurğalayan millət vəkili Qənirə Paşayevaəlillərə qayğının dövlətin daim diqqət mərkəzində olduğunu deyib O, əlilliyin qarşısının alınması, onların reabilitasiyası, sosial müdafiələrinin gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması, pulsuz müalicə olunmaları, özlərini cəmiyyətin tam hüquqlu üzvü kimi hiss etmələri, müvafiq işlə təmin olunmaları istiqamətində çoxlu sayda dövlət proqramlarının hazırlanaraq həyata keçirildiyini bildirib və bu istiqamətdə işlərin getdikcı sürətləndiyini söyləyib. Deputat paralimpiyaçılarımızın qazandığı qələbələrdən, dövlətimizin bayrağını yüksək səviyyəyə qaldırmalarından hər kəsin qürur duyduğunu bildirib. Hər bir uşağa Ramazan bayramı münasibəti ilə hədiyyələr verilib vəQənirə Paşayeva onların hər biri ilə ayrıca söhbət edərək qayğıları ilə maraqlanıb, xüsusi istedadlı uşaqların əl işləri ilə tanış olub, ifa etdikləri musiqi nömrələrini dinləyib və onlara uğurlar diləyib. Görüşdə Türk  Dünyası Qəzeteçiler Birliyi Güngör Yavuzarslan da iştirak və çıxış edərək uşaqları təbrik edib və qardaş Türkiyənin sizə salam və sevgilərini gətirdim deyib. Tədbir uşaqlar üçün konsert proqramı ilə başa çatıb.






20 İyul, 2015  10:40 Baxılıb: 826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner