Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bütün mexanizmlər hazırlıq vəziyyətinə gətirildi

“Azərişıq” ASC Bakı-2015 I Avropa Oyunlarının keçiriləcəyi obyektlərin elektrik enerjisi ilə təchizatını ən yüksək səviyyədə təmin edəcək.

“Azərişıq” ASC-dən Simsar.az-a verilən məlumata görə, I Avropa Oyunlarının  müvəffəqiyyətlə keçirilməsi üçün “Azərışıq” ASC bu işdə ciddi koordinasiya olunmuş, xeyli önəmli və irimiqyaslı layihələr həyata keçirib.

“Azərişıq” ASC qısa müddət ərzində 6 ədəd 110 kv, 14 ədəd isə 35 kv-lıq  yeni, qapalı tipli, müasir avadanlıqlarla təchiz edilmiş yarımstansiyalar inşa edərək istismara verib. Olimpiya oyunlarının keçiriləcəyi obyektlərin  dayanıqlı və etibarlı elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədi ilə obyektlərin bəsləyici xətləri bir-birindən asılı olmayan müxtəlif mənbələrdən əlaqələndirilib.

Bütün bu kimi texniki tədbirlərlə yanaşı, “Azərişıq” ASC sədrinin sərəncamı ilə xüsusi qərargah yaradılıb və hər bir qərargah üzvünün koordinasiya yeri, hərəkət trayektoriyası müəyyənləşdirilib. Bütün əlaqədar yarımstansiyalara və Olimpiya obyektlərini qidalandıran TM-lərə operativ növbətçi heyətlə bərabər inzibati texniki və rəhbər vəzifəli şəxslərdən ibarət məsul növbətçilər də təhkim edilib. Səyyar əməliyyat və təmir briqadaları yeni maşınlarla  təchiz edilib, Səhmdar Cəmiyyətin bütün maşın və mexanizmləri hazırlıq vəziyyətinə gətirilib.

Həmçinin, Olimpiya obyektlərini qidalandıran yarımstansiyalarda və paylayıcı qurğularda mütəmadi olaraq, sınaq-profilaktika işləri, operativ əməliyyat personalı və mühəndis heyətləri ilə əks-qəza məşqləri aparılır, rejim xarakterli məsələlərdən irəli gələn bir neçə mərhələli variantlar təhlil edilərək treninqlər keçirilir.

ASC həmçinin, media nümayəndələrinin yaşayış yerlərinin - Atletlər kəndinin, Media mərkəzinin o cümlədən oyunlarla əlaqədar digər obyektlərin - mehmanxanaların, qonaq evlərinin, restoran və əyləncə mərkəzlərinin, eləcə də ölkəmizə təşrif buyuran bütün qonaqların, turistlərin mənalı istirahəti üçün respublika ərazisində yerləşən tarixi- etnoqrafik muzey və abidələrin, o cümlədən ölkəmizin  bütün görməli və gəzməli yerlərinin də  enerji təchizatını tam nəzarətə götürüb.






3 İyun, 2015  13:11 Baxılıb: 1118 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner