Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlik: 140 min uşağa sosial müavinət

Bu gün Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd edilir. Azərbaycanda uşaqların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması, onların firavan həyatının təmin edilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Bunun nəticəsi olaraq, respublikamızda daim güclənən sosial təminat sisteminin əhatə etdiyi insanların mühüm bir hissəsini də uşaqlar təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a bildirilib ki, hazırda Azərbaycanda 10 kateqoriyadan olan uşaqlar aylıq və birdəfəlik sosial müavinətlə təmin olunurlar. Belə ki, ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara, ailə başçısını itirmiş ailələrdəki uşaqlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə aylıq sosial müavinət təyin olunur. Aylıq sosial müavinət ödənilənlər sırasına müddətli hərbi xidmət qulluqçularının uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlar da daxildir. Ümumilikdə,
Həmçinin uşağın doğulmasına görə ailələrə birdəfəlik müavinət verilir ki, bu müavinət növü cari ilin birinci rübündə 26 min nəfərə yaxın uşağı əhatə edib. Bunlar və ünvanlı dövlət sosial yardımı alan ailələrdəki 18 yaşadək şəxslər (235 min nəfərə yaxın) nəzərə alınmaqla, ümumilikdə 400 mindən çox uşaq ƏƏSMN tərəfindən birbaşa sosial təminat növləri ilə əhatə olunub. Beləliklə, ölkədə sosial müavinət və ünvanlı sosial yardımla təmin olunanların təqribən 45 faizdən çoxunu uşaqlar təşkil edir. Bundan başqa, ƏƏSMN-nin sosial sifarişləri əsasında hazırda 1500-dək uşaq sosial xidmətlərlə təmin edilir. Bu il ərzində ƏƏSMN-nin tabeliyində Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın istifadəyə verilməsi nəzərdə tutulur ki, həmin müəssisə çətin həyat şəraitində və risk qrupuna daxil olan uşaqların yaşayış şəraiti ilə təmin olunmasına, onların tibbi-psixoloji və sosial reabilitasiyasına xidmət göstərəcək.

Azərbaycanda “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Sosial müavinətlər haqqında” Qanunlarda, digər normativ hüquqi aktlarda uşaqların sosial müdafiəsinin hüquqi əsasları əksini tapıb. Bununla yanaşı, müasir dünya təcrübəsinə uyğun olaraq, milli qanunvericilikdə “16 yaşınadək əlil uşaqlar” sözü “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözü ilə əvəzlənib. Son illərdə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində həmin internat evlərində müasir tələblərə uyğun şərait yaradılıb, uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün həmin evlərin tam təchizatı həyata keçirilib.

Ölkəmizin əmək qanunvericiliyində də uşaqlarla bağlı qabaqcıl dünya praktikasından irəli gələn prinsiplər əhatə olunub. Azərbaycanın Əmək Məcəlləsində Beynəlxalq Əmək Təşkilatının müvafiq Konvensiyalarına uyğun olaraq, uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Məcəllədə yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətləri, onlar üçün əlavə təminatlar əksini tapıb. ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək bazarına dövlət nəzarətinin gücləndirilməsi, uşaq əməyinin istismarına qarşı mübarizədə aidiyyatı qurumlarla əməkdaşlığın müsbət nəticəsi kimi, ölkəmizdə uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimuma enib.






1 İyun, 2015  12:46 Baxılıb: 1185 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner