Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva zorlanaraq öldürülən qızdan yazdı- “Videonu göstərdilər...”

Millət vəkili Qənirə Paşayeva qonşusu tərəfindən zorlanaraq öldürülən 5 yaşlı Aişə Qələndərova haqda fikirlərini bölüşüb.

Simsar.az xəbər verir ki, deputat bu gün qızcığazın yas mərasimində iştirak edib:

“Ağır üzüntü və acı içərisində olan ailənin ağrısını bir az da olsa paylaşmaq istədik. Saatlarla anası Sevinc xanımı sakitləşdirmək mümkün olmadı. Özü xəstə, üstəlik bir neçə gün əvvəl üzərinə isti su tökülməsi nəticəsində ciddi yanıqları olan ananın ürəyinin yanğısı o biri ağrılarını belə unutdurmuşdu. 5 yaşlı qızının belə dəhşətli faciəsindən belə bükülmüş atası Füzuli bəyin acısını isə sözlə ifadə etmək mümkün deyil.

“Qızım hər dəfə “Ata, mənim şəklimi çək” deyərdi işdən gələndə. Mən də telefona şəkillərini çəkərdim, indi baxa da bilmirəm... Sanki indi bir yerdən çıxıb yenə “Ata, mənim şəklimi çək” deyəcək kimi gəlir mənə. Bu nə dəhşətdir İlahi”-deyə fəryad edən atanın üzüntüsü insanın ürəyini dağlayır”.

Millət vəkili Aişənin ona göstərilən görüntülərindən sonra dərin sarsıntı keçirdiyini bildirib:

“Hələ Aişənin özündən böyük iki bacısının gözlərindəki qorxu, acı və dəhşəti demirəm. Balaca, mələk Aişəyə Allahdan rəhmət, ailəyə səbr dilədik. Bütün ailə, qohumlar və yasa gələn sakinlər hamısı bir belə dəhşətli cinayəti törətmiş qatilin layiq olduğu cəzanı almasını tələb edirdilər. Biz də tələb edirik. 5 yaşlı o uşağın nə vəziyyətə salınmış olduğunun videolarını qohumları mənə göstərdilər və yəqin ömrümün sonuna qədər unuda bilməyəcəm bu vəhşiliyi. Bunu ancaq bir manyak, bir vəhşi törədə bilər və belələri azadlıqda gəzə bilməz və gəzməməlidir. Pirallahıda ailələr baş verən hadisədən sonra öz uşaqları üçün sanki bir qorxu içindədirlər və bunu açıq şəkildə bildirirdilər. Bu çətinliklə yaşayan ailəyə hər kəs dəstək olmalıdır. Həm mənəvi, həm də maddi”.

Qənirə Paşayeva dövlət qurumların diqqətini bu faciəni yaşayan ailənin vəziyyətinə çəkib və bununla bağlı rəsmi müraciət etdiyini də qeyd edib:

“İnanıram ki, Səhiyyə Nazirliyi ciddi yanıqları olan ananın müalicəsini üzərinə götürəcək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi illərlə əlillik almış xəstə ananın 1996-ci ildə səbəbsiz kəsilməsini araşdırıb yenidən əlillik müavinəti almasını təmin edəcək, rayon rəhbərliyi ailəyə bu yas günlərində ailəyə maddi və mənəvi dəstəyini əsirgəməyəcək və mən bu qurumları məhz buna çağırıram. Rəsmi müraciətlərimi də göndərdim bu gün”.

Millət vəkili bütün valideynləri uşaqları ilə daha diqqətli davranmağa, onlara ciddi nəzarət etməyə çağırıb:

“Bunlar o ailənin Aişə adlı ürək ağrısına, acısına dərman ola bilməyəcək amma dərd, kədər paylaşmaqla azalır. Ümid edirəm ki, imkanlı ailələr və ziyalılarımız bu acılı günlərdə ailəyə dəstək olacaqlar. Amma bu dəhşətli faciə bizi ciddi düşündürməlidir. Belə hadisələri törədənlər ən ağır cəzalara layiq görməklə bərabər cəmiyyətdə maarifləndirməni də daha da artırmalıyıq. Aişənin böyüdülmüş şəklindən mənə baxan gözləri hələ də gözlərimin önündən getmir və yəqin uzun müddət də getməyəcək. O, ədalət istəməklə bağlı bir daha Aişələr belə qəddarlıqla ölməsin deyə sanki yalvarırdı bizə, hamımıza, topluma... O qədər ağır bir gün yaşadım ki, nə yazacağımı belə bilmirəm. İçimdə elə dəhşətli bir ağrı var ki... Ananın fəryadları isə hələ də qulaqlarımdan getmir. Allah bir daha Aişə balamıza rəhmət etsin, ailəyə bu böyük acıda səbr diləyirəm.

Əziz valideynlər, övladlarınıza ciddi diqqət edin. Çünki təssüf ki, cəmiyyətdə manyakların, qəddarların, insanlıq dəyərləri olmayanların sayı artır və bu bizi ciddi narahat etməlidir və addımlar atmalıyıq. Aişə balalarımızın bir daha belə acılarla ölməməsi, xəyallarının bitməməsi üçün...”

Qeyd edək ki, cinayəti törədən 32 yaşlı Yakov Çernov artıq həbs olunub.






30 May, 2015  23:33 Baxılıb: 1777 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner