Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şamaxıda möhtəşəm Alov festivalı

Qədim tarixə malik, zəngin flora və faunası, ecazkar və sirli abidələri ilə cəlbedici olan Şamaxı mayın 30-da keçirilən möhtəşəm Alov festivalı ilə öz tarixinə yeni bir səhifə yazdı.

3000 il yaşı olan bu qədim diyar möhtəşəm idman bayramını böyük təntənə ilə qarşılayıb. Şəhərin küçə və parkları, meydanları, xüsusən birinci Avropa Oyunları məşəlinin keçəcəyi ərazilər bayramsayağı bəzədilib. İnsanlar böyük coşqu və həyəcanla Qobustan rayonundan Şamaxıya gətirilməkdə olan Avropa Oyunlarının məşəlini gözləyirdilər.

Nəhayət, saat 19:30-da məşəl Şamaxıya çatdı. Şəhərin Heydər Əliyev parkının qarşısında, Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəli poverliftinq idman növü üzrə 3 dəfə Avropa və dünya çempionu Elvin Eynalov qəbul etdi.

Sonra 10 nəfər məşəlçinin yürüşü başlandı. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospektinə, oradan isə S.Ə.Şirvani küçəsinə keçərək 2,81 kilometr məsafə qət edib, avtovağzal dairəsində qurulan səhnənin qarşısına gəldilər. Poverliftinq idman növü üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fərid Səmədzadə minlərlə insanın sürəkli alqışları altında səhnəyə qalxaraq məşəli alovlandırdı.

Yeniyetmələr arasında ağır atletika üzrə respublika turnirlərinin qalibi Elmir Sadıqov ilk Avropa Oyunlarının rəmzi çırağını yandırdı və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.

Müqəddəs Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx təqdim olundu.

Alov festivalı, respublikanın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin ifasında bayram konserti şamaxılıların sevincini daha da artırdı.






30 May, 2015  22:24 Baxılıb: 1068 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner