Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu xəbəri müəllimlər mütləq OXUSUN

“Hər dövrün kadr seçimi ilə bağlı öz tələbləri var. Müasir dövr və dünyada baş verən inkişaf prosesi tələb edir ki, Azərbaycan kimi bir ölkədə kadr hazırlığından istifadə edilsin.”

Bu sözləri Salamnews saytına Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev yaxın günlərdə regionlarda müəllimlərlə bağlı keçiriləcək sınaq qiymətləndirilməsi imtahanları ilə bağlı açıqlama verərkən qeyd edib. Şura sədri bildirdi ki, dünya təcrübəsinə uyğun olaraq müəllimlər ali məktəbi bitirdikdən sonra işləmək üçün müəyyən bir lisenziya alırlar: 

“Lisenziya almaq üçün isə imtahan xarakterli bir yoxlamadan keçirlər. Yəni hansısa universitetin diplomunun alınması lisenziya demək deyil. Azərbaycanda da ən müasir standartlara və metodlara yiyələnmiş ən yaxşı kadrları seçmək üçün sınaq qiymətləndirilməsi imtahanı keçirilir. Bu imtahanlardan uğurla keçən müəllimlərin əmək haqları artmaqla yanaşı, özlərinin məsuliyyətini daha çox anlamış olurlar. Deyilən amilləri nəzərə alaraq sınaq qiymətləndirilməsinə dair imtahanın keçirilməsini uğurlu hesab edirəm. ”

Bu günlərdə Elşən Qafarovun müəllifliyi ilə sınaq qiymətləndirilməsi haqqında yeni çapdan çıxmış “Həmkara Dəstək” adlı kitabla da bağlı fikirlərini bölüşən Əjdər Ağayev bunları söylədi:

“Dövrün tələblərinə uyğun olaraq müasirləşmə və modern inkişafla əlaqədar müəllimlər bu günkü təhsil hərəkatına daha çox qoşulublar. Müəllimlərin bu istiqamətdə fəaliyyətini daha da artırmaq üçün müxtəlif məzmunlu kurslar keçirilir. Kursu ən yaxşı qurtarmış müəllimlərin özləri isə bir növ mütəxəssisə çevrilərək öz həmkarlarına dəstək verməyə və onlara öyrətməyə başlayırlar. Bu baxımdan Elşən Qafarovun birgə hazırladığı “Həmkara Dəstək” kitabı çox yaxşıdır. Oradakı test tapşırıqları təlimin təşkilinə, təlim prosesinin həyata keçirilməsinə, qiymətləndirilmə kimi digər məsələlərə aiddir ki, o tapşırıqları icra edən müəllim düşünərək nəticəni meydana çıxarmağa çalışır. Bir sözlə müəllimlərin öz üzərlərində işləmələri və müasir inkişafda öz yerlərini tapmaları üçün sözügedən kitab olduqca faydalıdır. Məhz bu baxımdan Təhsil Şurası olaraq “Həmkara Dəstək“ kitabı ilə bağlı müsbət rəy vermişik.”






29 May, 2015  17:04 Baxılıb: 2676 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner