Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan millisinin heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Simsar.az xəbər verir ki, AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində iyunun 17-də Farer adaları ilə keçiriləcək qarşılaşmaya 25 futbolçu çağırılıb.

Yaşar Vahabzadə seçmə mərhələnin start oyununa Elşən Abdullayev, Rahil Məmmədov, Elvin Bədəlov, Məqsəd İsayev (hamısı “Neftçi”), Şahrudin Maqomedaliyev, Cəmil Hacıyev, Orxan Əliyev, Şahin Əliyev (hamısı “Sumqayıt”), Azər Salahlı, Coşqun Diniyev, Vüqar Mustafayev (hamısı “Qarabağ”), Vadim Abdullayev (“Simurq”), Elvin Camalov, Tellur Mütəllimov (hər ikisi “Qəbələ”), Tərlan Əhmədli, Adil Nağıyev (hər ikisi “Zirə”), Seymur Əsədov (AZAL), Azad Kərimov (“Bakı”), Elnur Cəfərov, İlyas Səfərzadə (hər ikisi “Xəzər Lənkaran”), Emil Balayev (“Ayntraxt”, Frankfurt, Almaniya), Dmitri Nağıyev (“Dnepr”, Ukrayna), Bilal Sezer (“Borussiya”, Mönhenqladbax, Almaniya), Kerem Behnke (“Neustrelitz”, Almaniya), Vadim Ağarəhimovu (“Zenit-2”, Rusiya) dəvət edib.

Oyuna hazırlıq məqsədilə komandamız iyunun 2-dən 9-dək Bakıda, 10-dan 16-dək isə Danimarkanın Kopenhagen şəhərində təlim-məşq toplanışı keçirəcək. Elşən Abdullayev, Elvin Bədəlov, Rahil Məmmədov və Məqsəd İsayev yığmaya iyunun 5-də, Emil Balayev, Elvin Camalov, Elnur Cəfərov və Coşqun Diniyev isə 13-də qoşulacaq.






29 May, 2015  17:00 Baxılıb: 1252 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner