Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Neftçi”də nələr baş verdiyini başa düşmürəm” – MÜSAHİBƏ

AFFA Məşqçilər Komitəsinin üzvü, futbol mütəxəssisi Ağasəlim Mircavadov artıq başa çatan Topaz Premyer Liqasının 2014/15 mövsümü barədə fikirlərini Simsar.az-la bölüşüb.

- Topaz Premyer Liqasında daha bir mövsüm başa çatdı. Çempionat 10 komanda ilə başlasa da, 9 komanda ilə yekunlaşdı. Ümumiyyətlə, bu çempionatı səviyyə baxımından dəyərləndirsək, bundan əvvəlki illərlə müqayisədə nələr dəyişmişdi?

- Əvvəlki illərlə müqayisədə, çempionatın səviyyəsi aşağı düşüb. Burada da əsas amil maliyyədir. Artıq, çempionatın startında “Bakı” və “Araz Naxçıvan” çətinliklərlə qarşılaşdı və təəssüf ki, Naxçıvan təmsilçisi mübarizəni yarımçıq dayandırdı. Mövsümün gedişində “İnter” və “Simurq”un da maaliyyə problemləri ilə qarşılaşması vəziyyəti bir qədər gərginləşdirdi. Təbii ki, bunlar çempionatın səviyyəsinin aşağı düşməsinə gətirib çıxardı. Halbuki, 2-3 il bundan əvvəl oyunlar yüksək səviyyədə keçirdi. Bunun nəticəsi idi ki, “Neftçi” Avropa Liqasında qrup mərhələsinə düşmüşdü. Çempionatın səviyyəsinin yüksək olması üçün yaxşı sponsorlar lazımdır. Ümid edirəm, növbəti mövsüm klubların qarşısında duran problemlər aradan qalxacaq.

- Bu klublarla yanaşı, “Xəzər Lənkəran” da bir sıra problemlərlə qarşılaşdı və bu, onların oyununa da təsirsiz ötüşmədi...

- Elədir. Cənub təmsilçisində də vəziyyət ürəkaçan deyil. Amma, fikrimcə, onlar gəncləri heyətə cəlb etməklə doğru etdilər. Nəticədə, bir neçə keyfiyyətli oyunçu qazandılar. Növbəti mövsüm barədə komanda rəhbərliyinin hansı məqsədlər üçün çalışacağından xəbərsizəm. Ona görə, deyə bilmərəm, bu ilki uğursuzluğu növbəti mövsüm unutdura biləcəklər, ya yox...

- Uğursuz çıxışla yadda qalan klublardan biri də “Neftçi” idi. Halbuki, bu klub çempionatın əvvəlində liderlik üçün yarışırdı.

- “Neftçi”də nələr baş verir, mən də başa düşə bilmirəm. Komanda bütün diqqətini kubok oyununa yönəldib. Amma, məncə, transferləri indidən etsələr, yaxşı olar. Çünki, bir aydan sonra Avropa Liqasında mübarizəyə qoşulacaqlar. İndidən bu barədə düşünmək lazımdır.

- Klubların əksəriyyəti çempionatı problemlərlə bitirsə də, “Qarabağ” və “Qəbələ”də işlər qaydasında idi. Bu klubların çıxışını necə dəyərləndirirsiniz?

- Ağdam klubu çempionluğa layiq idi. Onlar stabil oyunlarını qoruyub saxlayırlar. Avropa Liqasında da uğurlu çıxış etdilər. Bu il Çempionlar Liqasında mübarizə aparacaqlar və inanıram ki, daha uğurlu çıxışla yadda qalacaqlar.
“Qəbələ”yə gəlincə, onlar gözəl infrastruktura sahibdirlər və bunun nəticəsi kimi klub nailiyyətlər əldə etməyə borcludur. Rəhbərlik məşqçilər korpusunun bütün istəklərini yerinə yetirir və bu, nəticə qazanmağa şərait yaradan əsas amildir. Düşünürəm, gələn mövsüm çempionluq uğrunda mübarizədə “Qarabağ”ın əsas rəqibi olacaq.

- Ötən il Avrokuboklarda debüt edən “Qəbələ” uğursuz nəticə ilə yadda qalmışdı. Bu il “qara-qırmızılar”dan hansı nəticəni gözləyirsiniz?

- “Qəbələ”də vəziyyət elədir ki, bu klub mərhələ keçmək üçün yox, qrup mərhələsində yarışmaq üçün oynamalıdır. Düşünürəm, “Qəbələ” buna qadirdir.

- “Kəpəz” yenidən Premyer Liqaya qayıdır. Şahin Diniyev də komandaya məşqçi təyin olunub. Sizcə, Gəncə təmsilçisi növbəti mövsüm üçün nələr vəd edir?

- Şahin müəllim işini bilən adamdır. Düşünürəm, bu təyinat öz nəticəsini verəcək. İlk ildən uğur qazanmaq çətindir. Çünki komandanın məşq etməsi və oyununu keçirməsi üçün heç bir şəraiti yoxdur. İlk olaraq klub rəhbərliyi buna diqqət ayırmalıdır. Bu işlər həll olunduqdan sonra “Kəpəz”in də nəticələr əldə edə biləcəyini düşünürəm.

Vüsal Məmmədzadə


 






29 May, 2015  15:59 Baxılıb: 1472 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner