Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ziya Mənmmədov onun qudasıdır, xahiş edib parkı təmir etdirsin – Musa Quliyev

Millət vəkili Musa Quliyev Sabir Rüstəmxanlıya sərt reaksiya verib.

Simsar.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Musa Quliyev həmkarı, xalq şairi Sabir Rüstəmxanlınin Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin başıça çuval keçrilməsi və onun təhqir edilməsi ilə bağlı səsləndirdiyi  fikirlərə etiraz edərək, ona sərt reaksiya verib:

“Sabir Rüstəmxanlı burada M.Ə. Rəsulzadənin abidəsinin başına çuval keçrilməsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur. Ümumiyyətlə Gəncədə M.Ə.Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi  yalan informasiyadır və bu həqiqəti əks etdirmir. Adı çəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidədə keyfiyətsizdir. Ona görə də o abidə təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra hakimiyyətinə heç bir aidiyyatı yoxdu. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər S. Rüstəmxanlının ürəyi yanırsa  Nəqliyyat Naziri onun qudasıdır gedib ondan xahiş etsin və o parkı təmir etdirsin. Gəncə icra hakimiyyətinin balansında oaln “İstiqlal” parkı var və gözəl təmir olunub. İnsanlar orada çox gösəl istirahət edir.”

Çıxışını davam etdirən M. Quliyev deyib ki, bu gün özlərini yarımmüxalifət və müxalifət adlandıran qüvvələrin öz kölgəsi olmadığından  kiminsə kölgəsinə sığınıblar və başlayırlar ağızlarına nə gəldi populist fikirlər səsləndirməyə. “Onların  bu hərəkəıti stakanda fırtınaya bənzəyier. Buna ehtiyac yoxdur. S. Rüstəmxanlı ən azından Gəncədən olan deputat həmkarlarından vəziyyəti soruşaydı və ondan sonra dəqiqləşmiş fikir söyləyəydi. Belə yarımçıq fikirlərin yeri yoxdu.”

Hüseyn İbadlı






29 May, 2015  14:47 Baxılıb: 1172 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner