Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Kərimli AXC dövründə icra strukturlarını kurasiya edirdi – Deputat

Millət vəkilli Milli Şura rəhbərliyini ciddi itiham edib.

Simsar.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən sonuncu plenar iclasında millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Milli Şuranın mayın 30-na təyin etdiyi mitinqlə bağlı mövqüeyini açıqlayarkən Milli Şura sədri Cəmil Həsənlinin və AXCP sədri Əli Kərimlinin ünvanına ciddi ittihamlar səsləndirib: “Mitinqə qatılmayacaq insanları təhqir edirlər. Onları qorxaqlıqda ittiham edirlər. Belə olmaz. Bu bir şantajdır. Bu adamlar bəyan edirlər ki, biz azərbaycanlı olduğumuza görə utanırıq. Əvvəla, onlar özləri üçün utana bilərlər”.

Qüdrət Həsənquliyev Milli Şura sədri Cəmil Həsənlini də tənqid edib: O dəfələrlə bizimlə bərabər Heydər Əliyevin məzarını ziyarət edib. Onun yazdığı kitablarla isə tanışıq. Onun bir kitabı Xarici işlər naziri Elmar Məmmdəyarovun, digər kitabı isə XİN müavini Hafiz Paşayevin maliyyə dəstəyi ilə çap olunub. O zaman H. Əliyevin məzarını ziyarət edir və hakimiyyətini siyasətini təqdir edirdisə, deputat seçilmədikdən sonra başlayıb ağlına və ağzına gələni danışmağa. AXC hakimiyyətində Əli Kərimli icra trukturlarını kurasiya edirdi. Lakin Gəncə hadisələrində Surət Hüseynovun etdiklərini hamı gördü. İndi belə insanlara niyə etimad edilməlidir ki? İnsanları təhqir edirlər ki, qorxaqsınız, qürurunuzu qoruyun və s. Bir özünüzə baxın sonra danışın”.

Hüseyn İbadlı






29 May, 2015  14:24 Baxılıb: 1083 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner