Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“7 Hills" Hacı İbrahimin deyil - Açıqlama

“7 Hills” yaşayış kompleksində binaların tikintisi davam etdirilir”.

Simsar.az xəbər verir ki, bu barədə Hafta.az-a açıqlamasında şirkətin marketin şöbəsinin əməkdaşı Rəhman  Əhmədov məlumat verib. O bildirib ki, hazırda binaların tikintisi və satışlar davam edir. İnşaatda da heç bir ləngimə yaranmayıb. İşçilərin isə maaşı vaxtında verilir: “Layihənin saytında tikintinin gedişatına dair fotolar yerləşdirilib. Nəzərdə tutulduğu kimi, kompleks 2017-ci ilin sonunda tam təhvil veriləcək”.

Şirkətdən qeyd olundu ki,  “7 Hills”  şirkəti müstəqil qurumdur və Hacı İbrahim Nehrəmliyə heç bir aidiyyəti yoxdur. Hazırda Azərbaycan Beynəlxalq Bankı ipoteka kreditlərini dayandırdığı üçün “7 Hills” kompleksi üzrə mənzillərin ipoteka yolu ilə satışı “Bank Technique” vasitəsilə aparılır.

Şirkət rəsmisinin sözlərinə görə, bu layihənin həbs olunan iş adamları ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, bu şirkətin dolayısı ilə Hacı İbrahim Nehrəmli və Rəşad Məmmədovla əlaqəsi olması və bu səbəbdən layihə üzrə nəzərdə tutulan binaların tikintisinin dayandığı haqda xəbər yayılmışdı.






29 May, 2015  14:09 Baxılıb: 1250 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner