Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Parklanma qaydalarını pozanlar cərimələnəcək - NİİM

I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bu gündən etibarən Bakı şəhəri ərazisində parklanma qaydalarını pozan sürücülər sərt şəkildə cərimələnəcək.

Simsar.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) keçirilən tədbirdə Mərkəzin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, bu cür sürücülərə qarşı heç bir güzəşt edilməyəcək: “Bu gündən qeyri-qanuni parklanma edənlər ciddi cəzalanacaqlar. Artıq bu işə başlanılıb”, - deyə Ş. Mehmanqızı qeyd edib.

O bildirib ki, oyunlar zamanı yollarda hər hansı problem yaranarsa,  onlar dərhal aradan qaldırılacaq: "Bütün aidiyyatı qurumların nümayəndələri hadisələri NİİM-in monitorlarından izləyir. Əgər oyunlar zamanı hər hansı qəza baş verərsə, onların dərhal aradan qaldırılması üçün qərar veriləcək ".

Ş. Mehmanqızı, həmçinin, qeyd edib ki, oyunlarla bağlı ərazidən asılı olaraq bəzi avtobusların hərəkət marşrutu dəyişdiriləcək, onlara alternativ yollar təklif ediləcək. Bütün bunlar barədə ictimaiyyətə operativ və ətraflı məlumat veriləcək”.

O qeyd edib ki, bu məlumatları NİİM-in Facebook və Twitter səhifələrindən, internet saytlarından, dayanacaqlardakı və yollardakı məlumat-informasiya tablolarından əldə edə bilərlər. Mobil telefonu olanlar “Baku İTS” proqramını yükləməklə onlayn qaydada xəbərdar ola bilərlər. Məlumatları göstərilən yollarla əldə edə bilməyənlər isə yaradılmış 141 "qaynar xətt" telefonuna zəng etməklə hara necə getməli lazım olduğunu, alternativ yollar və s. barədə 24  saat ərzində ətraflı məlumat əldə edə bilərlər.






29 May, 2015  13:45 Baxılıb: 956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner