Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Oqtay Əsədovdan Sabir Rüstəmxanlıya: “Danışığınıza fikir verin”

Simsar.az xəbər verir ki, Milli Məclisin plenar iclasında deputat Sabir Rüstəmxanlı və spiker Oqtay əsədov arasında mübahisə yaranıb.

Deputat bildirib ki, iclaslarda hər şeyin üzərindən ötəri keçib gedirik: “Bəlkə kiminsə sözü var, kim təkid edirsə, danışmağa şərait yaradın. Bəzən yığ;ncaqlar lazım olmadığı halda yarım saat müzakirələr gedir. Bu yaxınlarda ölkənin həyatında hamını narahat edən, hamını içindən ağrıdan çox ciddi bir hadisə baş verib. Bu qədər vəsiat xərclənib. Kimsə qazanır, varlanır, sonrada camaatı atır odun içinə. Nə üçün bu milli məclisdə müzakirə olunmur. Sabah deyəcəklər ki, deputatlar oturublar, özləri o işin iştirakçılarıdır.Hesab edirəm ki, məsələ ilə bağlı kiminsə sözü var idisə deməli idi”.

S. Rüstəmxanlı deyib ki, dünən Respublika Günü qeyd edilib: “Respublikanın qurucularından biri Məmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, onun başına çuval keçirilib. Dörd ildir həminn çuval onun başındadır. Nə üçün icra rəhbərləri məsuliyyət hiss etmirlər. Əgər Gəncə İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə desin. Respublika var, onun qurucularından biri bu kişidir. Məclis Gəncədə qurulub. Orda onun əzəmətli heykəli olmalıdır. Olan büstün də başına çuval keçirilib. Bu düşmənçilikdir. ABŞ-ın İraqda türk əsgərinin başına çuval keçirməsini xatırladır. Bu dolayısı yolla xalqı həqarət edən məsələdir. Bizim tariximizə, şəxsiyyətimzə hörmətsizlikdi. Gəncə İcra Hakimiyyəti Məmməd Əmin Rəsulzadəni düşmən hesab edirəs desin. Yoxsa gedsin çuvalı çıxarsın şəxsiyyətin başından. Ayıbdı. Nə qədər özbaşnalıq olar. Bunu nəticəsidir ki, biri pul qazanır, biri gedir şirkət qurur , qeyri qanunu şeylər gətirir, biri də binaları bəzəyir. Ondan sonra da millət bunun içinfə yanır”.

Bundan sonra siker Oqtay Əsədov reaksiya göstərib:

- Sizdə bir metod yaranıb. İclasın gedişatında bir fikir bildirmək. Mən deyəndə ki, müzakirəyə ehtiyac yoxdur, təkid etdinizmi? Dedin yox.

- Mən təkid etdim.

- Mən qaldıraram stenoqramanı.

- Yalan danışmayın.

- Sabir müəllim mən sizinlə mədəniyyətlə danışıram.

- Yalanı da siz danışırsınız.

- Xahiş edirəm danışığınıza fikir verin. Bitdi…

Hüseyn İbadlı






29 May, 2015  13:02 Baxılıb: 1136 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner