Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Azərbaycanlı aktrisa Türkiyədə mükafatlandırılıb - ÖZƏL

İstanbulda  Türkiyənin teatr sahəsində nüfuzlu “Rotary Bebek Teatr” mükafatının təqdimat mərasimi keçirilib. Uzun illərdir Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı aktrisa və rejissor Məlahət Abbasova “İlin ən yaxşı” rejissoru nominasiyasında mükafata layiq görülüb. M. Abbasova  Simsar.az-a açıqlamasında bildirib ki, mükafat ona  İstanbul  Şəhər Bələdiyyə Teatrında rejissoru olduğu “Şekspir” tamaşasına görə təqdim edilib: “ Azərbaycanın Cümhuriyyət Bayramında belə bir mükafata layiq görülmək məni inanılmaz dərəcədə xoşbəxt edir. “Şükspir” tamaşası səhnəyə qoyulduğu gündən çox böyük səs saldı. Tamaşada tib bacısı rolunu oynayan aktrisa  Ezgim Kiliç  da “İlin ən yaxşı köməkçi qadın aktrisası” mükafatına layiq görüldü”.
M. Abbasova bildirdi ki, bununla “Şekspir” tamaşası sayca 10-cu mükafatını qazanıb. Bundan əvvəl səhnə əsərində rol alan 5 aktyor və aktrisa “İlin ən yaxşı aktyoru” mükafatına layiq görülüb. Tamaşa 3 dəfə “İlin ən yaxşı dekor tasarımı” mükafatını da qazanıb: “Bu Azərbaycan əsərinin uğurudur. Mükafatı alanda inanılmaz dərəcədə həyəcanlandım. Mükafatı mənə təqdim edərkən çıxışımda dedim ki, Azərbaycan Cümhurəyyətinin ildönümü günü mənə belə bir mükafatın verilməsindən qürur duyuram. Bu mükafatı bir millət, iki dövlət adına alıram. Bunları dedikdən sonra salonda inanılmaz alqışlar səsləndir. “İlin ən yaxşı rejissoru” seçilmək böyük məsuliyyətdir. Inanıram ki, bundan sonra səhnələşdirəcəyim bütün tamaşalarda nailiyyətlər qazanacam. Azərbaycan əsərlərinin qardaş Türkiyədə tanıdılması üçün əlimdən gələni edəcəm”.
Xatırladaq ki, Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın bəstəkarı  Əməkdar İncəsənət Xadimi Aygün Səmədzadədir.

Ümidə






29 May, 2015  12:06 Baxılıb: 1615 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner