Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Uşaqlar üçün heç kim yazmaq istəmir - Bəstəkar + Foto

Uşaq mahnısı deyəndə böyükdən kiçiyə hər kəsin ağlına ilk olaraq “Kukla” mahnısı gəlir. Sözləri Cahangir Məmmədov , musiqisi Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevaya məxsus bu mahnının yarım əsrdən çox yaşı var. Lakin yenə də dillər əzbəridir. əlbəttə ki, bu illər ərzində çox uşaq mahnıları yazılıb, yadda qalanı da olub, qalmayanı da. Son illərsə Azərbaycanda uşaq mahnısı qıtlığının yaşanması heç kəsə sirr deyil. Bunu son illər uşaqlarla bağlı bir çox layihlərin, eləcə də,  Azərbaycanda Uşaq Mahnı Müsabiqəsinin təşkilatçısı, uşaq mahnılarından ibarət iki musiqi albomunun müəllifi Ülviyyə Bəbirli də etiraf edir. Bəstəkar-aranjemançı Bəbir Bəbirli ilə bu layihələrə imza atan Ü. Bəbirli uşaq mahnılarını musiqi sənətinin  unudulmuş hissəsi olduğunu deyir: “Biz və bizdən əvvəlki uşaqlar ya “Kukla”, ya da Sovet dövrünün cizgi filmləri və kinolarındakı uşaq mahnılarını əzbər bilirdi. İndi isə əzbərlənəcək mahnı belə yoxdur. Problem ondadır ki, mahnı yazan dırnaqarası bəstəkarlar çoxdur. Onlar hamısı da işin kommersiya tərəfini, toy, müğənniləri düşünür. Lakin uşaqlar  üçün heç kim yazmaq  istəmir. Çünki bu sahədə pul yoxdur. Ona görə də uşaq mahnılarına maraq qalmayıb”.
Bəstəkar uşaqlarla bağlı layihələr zamanı da bu qıtlığı yaşayıb. Məhz bu çatışmazlıq uşaqlarda xarici dildə olan mahnılara maraq yaradır:  “ Uşaq Mahnı Müsabiqəsi”ni keçirəndə  Azərbaycan dilində minusu olan  uşaq mahnısı tapa bilmədik. Oqtay Zülfüqarov, Oqtay Rəcəbovun mahnıları isə  o vaxt yazılan səslər idi, minusları yoxdur. Uşaqlar üçün yeni mahnılar yazdıq ki, oxusunlar. Əgər biz də yazmasaydıq uşaqlar ancaq xarici cizgi filmlərindən İngilis və Rus dillərində mahnıları uxuyurdular”. 

Valideynlər mahnı seçimində diqqətli olmalıdırlar

Bəstəkarlara müraciət edən Ü. Bəbirli onlardan uşaqlar üçün mahnılar yazmasını xahiş edir. O, bu mahnıların lentə alınması və aranjemanına köməklik edəcəklərini də deyir. Bəstəkar böyüklər üçün yazılan mahıların da uşaqla üçün yaxşı nümunə olmadığını vuğruladı. Uşaqların zövqünün formalaşmasında valideynlərin də əməyi danılmazdır. Ü. Bəbirli ilk növbədə valideynlərin musiqi seçiminə diqqət etmələrini xahiş edir: “Böyük mahnılarının bəziləri də heç olmasa ibrətamiz deyil ki, uşaqlar oxusunlar. Mahnılar  mənasız  söz düzümü və boş not ardıcıllığıdır. Böyüklər üçün yazılan zövqsüz və bəsit mahnılara valideynlər qulaq asır. Beləliklə, ilk növbədə böyüklərin zövqü korlanır. Valideyn həmin mahnılara qulaq asanda uşaq da istər-istəməz o cür mahnıların dinləyicisi olur. Bu halda, biz uşaqlardan nə gözləyək? Beləliklə, bizim bütün musiqi mədənəyyətimiz və uşaq musiqi xəzinəmiz bataqlığa düşür”.
Uşaqlar üçün mövzu qıtlığı olmadığını deyən bəstəkar,  əsas musiqi janrı seçiminin çətin olduğunu etiraf edir. Müasir uşaqların daha dünyagörüşlü və hazırlıqlı olmalarını nəzərə alsaq onlara hər mahnını bəyəndirmək də çətin olur. Ü. Bəbirli müasir uşaqların daha çox pop musiqisinə meylli olduqlarını gizlətmədi: “ Bu mənəm” uşaq mahnılarından ibarət albomları hazırlayanda  mövzular haqqında çox düşünürdük. Rənglərdən tutmuş, həyata, anaya, Vətənə sevgi və s.uşaqlara həsr olunacaq çox mövzu var. Vacib deyil ki, kukla, oyuncaq  olsun.  Mahnılar yazılsa da  bizim dövrün uşaqlarının zövqünü oxşamır. Uşaqlar xarici müğənnilərin pop mahnılarını, rep oxuyurlar. Indiki uşaqlar çox inkişaf edib. Onlara müasir musiqi daha çox maraqlıdır. Biz layihələrimizdə, yazdığımız mahnılarda bunları nəzərə aldıq. Estrada mahnılarından tutmuş, klassika, elektro musiqisinədək  bütün janrlarda mahnılar yazdıq”. 

Bağçalarda oxunan mahnılar

Elmin-texnikanın inkişaf etdiyi 21-ci əsrin prioritetlərindən biri piardır. Uşaqlar üçün təbliğatın ən əlverişli vasitələrindən olan telekanalların öhdəsinə bu işdə daha çox vəzifə düşür. Bəstəkar bu baxımdan telekanallarda uşaqlara ayrılan vaxtın azlığından şikayətçidir: “Telekanallarda uşaq saatları artırılsa və daha maraqlı hazırlansa mahnılara da yer ayrılar. Müəyyən baxımlı saatlar  uşaların olmalıdır. Mahnılarına klip çəkdirən uşaqlar da var. Bax bu kliplərin efirlərdə təqdimatı olar bilər, yayımlana bilər. Yalnız  bunun sayəsində   uşaq mahnılarını təbliğ edə bilərik. Bu zaman da digər uşaqlar öz yaşıdlarının mahnılarını əzbərdən oxuyarlar”.
əlbəttə ki, uşaq mahnıların kasadlığı uşaqların təlim-tərbiyə müəssisələri və bağçalara da öz təsiri göstərir. Uşaqların həyata və məktəbə hazırlıq dövrlərini keçirdiyi  bu cür müəssisələrdə onların zövqü və biliyi formalaşır: “ Bir neçə bağça uşaq mahnısı üçün bizə müraciət edib. Bir neçə yeni uşaq mahnılarımızı onlara təqdim etmişik. Bağçalar ağlayır ki, Azərbaycan dilində uşaq mahnısı tapa bilmirlər. Deyirlər, bilmirik uşaqlara nə oxudaq. Bayramlarda uşaqlaraın oxuması üçün mahnı tapa bilmədiklərini deyilər. uşaqlar köhnə mahnıları sevmirlər. mahnı və sözlər daha müasir olmalıdır. Biz yalnız bu cür uşaqlarda mahnılara maraq doğura bilərik”.
Qeyd edək ki, uşaqlar üçün hazırlanan yeni “Bu mənəm-2” musiqi albomunda uşaqların duet ortağı Azərbaycanın məşhur müğənnilərdir. Ülviyyə və Bəbir Bəbirli layihənin daha maraqlı alınması üçün bu cür yeniliyə də imza atıblar.


Ümidə






29 May, 2015  10:35 Baxılıb: 1844 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner