Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir Sabirabada gedir - “Son Zəng”ə

Təhsil naziri Mikayıl Cabbarov bu gün "Son zəng" tədbirində iştirak etmək üçün Sabirabaddakı məktəblərdən birində olacaq.

Simsar.az xəbər verir ki, bu barədə "Report"a nazirliyin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O bildirib ki, M.Cabbarov şagirdini xilas edib, özü Kürdə batan qəhrəman müəllim Əhliman Hüseynovun vaxtilə işlədiyi Sabirabad şəhəri 5 saylı orta məktəbdəki "Son zəng" tədbirində iştirak edəcək.

Xatırladaq ki, hadisə ötən ilin dekabr ayında baş verib. Sabirabadın Cavad kənd sakini, 5 saylı şəhər orta məktəbində müəllim işləyən 58 yaşlı Əhliman Hüseynovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qəza nəticəsində körpüdən çaya düşmüşdü. O maşındakı şagirdi 9 yaşlı Güldəstənin həyatını xilas edən zaman çayda boğulmuşdu.

Qeyd edək ki, Təhsil Nazirliyi Ə.Hüseynovun qəhrəmanlığını yüksək qiymətləndirib və qurumun maliyyə dəstəyi ilə onun ailəsinə ev tikilib.






29 May, 2015  10:03 Baxılıb: 841 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner