Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Azərbaycan İctimayyətini mübarizəyə çağırır!

Azərbaycanın Respublika günü tədbirində çıxış edərkən Prezident İlham Əliyev Azərbaycan xalqını bayram münasibətilə təbrik edəndən sonra çıxışında Azərbaycanda ictimai nəzarətin vacibliyini ciddi vurğulayıb. Ekspertlər bu çıxışı yerli Kütləvi İnformasiya Vasitələrinə müraciət və bütün medianı ictimai nəzarəti gücləndirməyi kimi qəbul edir. Prezidentin sözlərinə görə, bu gün ictimayyət cəmiyyətdə olan və Dövlətin gözündən yayınan bütün qanun pozuntuları və ya səhlənkarlıq faktları haqda dərhal reaksiya verməli və əlaqəli orqanları və ümumiyyətlə hamını bu barədə məlumatlandırmalıdır. Sözsüz ki, bu rolu ən yüksək səviyyədə Azərbaycan Mediası edə bilər. Prezident deyir:

“Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir”.

Prezident İlham Əliyevin bu çıxışını şərh etmək üçün ANS Şırkətlər Qrupunun Prezidenti Vahid Mustafayevə müraciət etdik. O öz növbəsində bunu Azərbaycanda Demokratik islahatların, insan hüquqlarının müdafiəsi sahəsinin inkişafı və ulu öndər, rəhmətlik Prezident Heydər Əliyevin Mediya ilə sıx əməkdaşlığ Siyasətinin davamı adlandıraraq aşağıdakıları dedi:

- 1993-cü ildə Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etməyə başlayan gündən mərhum Prezidentimiz Heydər Əliyev Media ilə sıx əməkdaşlığa başladı. Yadımdadı, o zaman Aərbaycan bir tərəfdən Qərbdən Ermənistan, Şimaldan Sadval hərəkatı və Cənubdan Əlikram Hümbətovun hərbi dəstələri tərəfindən parçalanır və ölkə ümumiyyətlə qardaş qırğını ərəfəsində idi! Bütün bu ciddi problemlərin həlli ulu öndərin çiyinlərinə düşmüşdü… O zaman üsyançılara rəhbərlik edən Sürət Hüseynovla Gəncəyə görüşə yollanan və bununla Azərbaycanda Qardaş müharibəsini qarşısını almaq istəyən Heydər Əliyev özü ilə məmurları yox – bir avtobus jurnalist apardı. Mais Məmmədov və mən onda həmən danışıqlarda hətta iştirak da edə bildik və dərhal, gecəynən qəbul olunmuş qərarları bütün yerli və dünya içtimayyətinə çatdırdıq. Düşünürəm ulu öndərin bu zərgər dəqiqliyi ilə ölçülmüş bu addımı olmasaydı Gəncədə hadisələr tamamilə fərqli ssenari ilə inkişaf etməli idi, ən azı Heydər Əliyevin həyatı real təhlükə altında və qəbul olunmuş qərarlara üsyançılar daha çox təzyiq və təsir edə bilərdilər…
Bundan sonrada Heydər Əliyevin siyasi peşəkarlığı, relativ proqmatizmi və Medianı daim dəstəkləməsi və axırıncının içtimayyətdəki “Dalandar-Süpürgəçi” rolunu önə çəkib qoruması ətrafındakı riyakar və digər siyasi qurumlara, hətta digər ölkələrin kəşfiyyatına qulluq edən məmur və vəzifəli şəxslərin dağıdıcı və cinayətkar təsirini azaldır və bir neçə dövlətə xəyanət aktların, qardaş qırğınının və ümumiyyətlə Azərbaycanın parçalanması planlarının qarşısını alır və Vətənini inkişaf yoluna kökləyir. Sözsüz ki, medianın araşdırma və məlumatları eyni zamanda mövcud hökümətin zəif tərəflərini və nöqsanlarıda göstərir, lakin İlham müəllimin təbirincə desək “Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir…” Ondan əvvəl bu barədə danışarkən ulu öndərimiz “Səhvlər yalnız qəbiristanlıqda olmur…” demişdi və doğrudan da iş olan yerdə səhv də olmalıdı. Lakin bu səhvlər eyni zamanda tənqiddə olmalıdır ki, yaşadığımız ərazi tamamilə qəbiristanlığa dönməsin. Tənqədsiz və içtimai qınaqsız səhvlər, nəticə etibarı ilə özbaşınalığa və genişləndikçə cinayətlərə çevrilir və məncə Prezident bizi məhz bu təhlükələrdən qoruyaraq “Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər…” deyir. Tamamilə doğrudur. Amma burda jurnalistlərində yüksək peşəkarlığı, Dəqiq, Qərəzsiz və Obyektiv məlumatlara arxalanması mütləqdir. Sözsüz ki, bu, son vaxtlar yağışdan sonra göbələk kimi, müxtəlif rəngli və artıq ağacdan düşən yarpaq altından baş qaldıran göbələk, Mikki Maus saytları və reket mətbuatının işi deyil. Bu ciddi dəsti xəttə və təcrübəyə malik olan, savadlı, vətənini dahada inkişaf etmiş görmək istəyən vətənpərvər və xalq tərəfindən sözünə inamı olan peşəkarların işidir.
ANS bu sahədə çox işlər görür – bizim İÇxəbər proqramı, hələ rəhmətlik Heydər Əliyevin vaxtından elə məhz neqativ prosseslərin aşkarlanması və Dövlət strukturlarının Hökümətin müəyyən sferalarda baş verən səhv, səhlənkarlıq və ya cinayətlərinə diqqətini yönəltmək üçün yaranmışdı. Xatırlayıram, 2002-ci ildə Milli Qəhraman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən ilin Adamı seçilən böyük Azərbaycanlı Heydər Əliyev elə həmən mükafatı təqdim edilmə mərasimində İÇxəbər proqramında gördüyü nöqsanla əlaqədar (Bayıl qəsəbəsində torpaqların çökməsi nəticəsində əhaliyə ciddi zərər dəymiş, lakin hökümət strukturları bununla heç maraqlanmırdılar) dərhal Hökümət rəhbərinə öz iradlarını bildirdi və tələb etdi ki, problemlər dərhal həll olunsun və 3 gün ərzində ona məruzə edilsin. Elə də oldu - Allah ona Rəhmət eləsin! Lakin eyni zamanda bu münasibət məmur və məmurçikləri ANS-ə qarşı qaldırırdı və bizim xilaskarımız da məhz Heydər Əliyev idi, ona görə ki, yalnız yüksək intellektə malik olan və Vətənini sevən adam tənqiddən qorxmur, əksinə ondan bəhrələnir və dahada kamilləşir.
Bu gün də İÇxəbər proqramı var və bu gün də həmin prinsiplərə sadiqdir – bu fakt, və ümumiyyətlə bu gün Azərbaycanda ANS kimi Media qurumunun mövcudluğu məhz Prezident İlham Əliyevin xidmətidir. O olmasaydı, bizi “yeyərdilər” heç “sümüyümüzü də saxlamazdılar”. Vətənimizin geridə qalmaması üçün, Azərbaycanın dahada çiçəklənməsi, iqtisadi, siyası və demokratik islahatların, habelə Mediyanın inkişafı üçün prezidentin dediklərinə diqqətli olaq: “…əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır.”






29 May, 2015  09:00 Baxılıb: 1008 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner