Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Mursinin edamı və Misirin uçuruma gedişi – POLİTOLOQ RƏYİ

“Bu, gələcəyə aparan yollara mina qoyulmasıdır. Sabah həmin mina, mütləq partlayacaq”.

Bunu Simsar.az-a Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, politoloq Elman Nəsirov Misirin demokratik yolla seçilən və hazırda həbsdə olan prezidenti Məhəmməd Mursi barəsində çıxarılan ölüm hökmünə münasibət bildirərkən deyib.

Politoloq hesab edir ki, dövlət liderləri və sadə vətəndaşlarla bağlı edam hökmünün verilməsi pis proseslərin təməlini qoyur: “İraqın sabiq rəhbəri Səddam Hüseyn də edam edilib. Amma nəticə İraqın problemlərinin həllinə gətirib çıxarmadı. Səddamdan sonrakı İraqın demokratik dövlətə çevirildiyini, burada qanunun aliliyi və insan hüquqlarının müdafiəsi sahəsində dönüş yarandığını söyləməklə real situasiyanı təhrif etmiş olarıq. Ümumiyyətlə, siyasi oppanentlərə qarşı ölüm hökmünün verilməsi ölkə daxilində siyasi barışığa deyil, müxtəlif qruplar arasında və müxalifət-iqtidar arasında uçrumun dərinləşməsinə səbəb olur. Misirdə Hüsnü Mübarəkin hakimiyyətdən uzaqlaşdırılması, Mursinin prezident seçilməsi, bundan sonra onun da hakimiyyədən güc yolu ilə uzaqlaşdırıması Misir kimi Afrika ölkəsində siyasi proseslərin qanunla və beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli mənafeyinə xidmət göstərmir. Belə addımın atılması gələcəyə aparan yollara mina qoyuluşu anlamına gəlir. Sabah həmin mina, mütləq partlayacaq. Ona görə də bu məsələyə dünya dövlətlərinin konkret yanaşması olmalıdır”.



“Avropa Şurasına üzv olan dövlətlərin əsas öhdəliklərindən biri ölüm hükmünün ləğvi ilə bağlıdır. Azərbaycan da bu şuranın üzvü kimi ölüm hökmünü ləğv edib. Amma təəssüflər olsun ki, ABŞ-ın bir sıra ştatlarında, Çin Xalq Respublikasında, İranda və bir sıra dövlətlərdə bu höküm qüvvədə qalır. Bu sərt cəza növünü xüsusilə, adi cinayətlərdə deyil, siyasi motivli proseslərdə tədbiq edirlər. Bu gün həmin cəzanı tədbiq edən qüvvələrin gələcəkdə oxşar situasiya ilə üz-üzə qalmayacaqlarına heç kim zəmanət verə bilmir. Böyük Fransa İnqilabının (1789-1994) terminalogiyası ilə desək heç kim gələcəkdə gilyatindən özünü sığortala bilməyəcək. Mənim mövqeyim isə bundan ibarətdir ki, xüsusilə siyasi oppanentlərə münasibətdə, siyasi motivli ittihamlarda ölüm hökmünün tədbiqi məsələsində son dərəcə ehtiyyatlı davranmaq lazımdır. Bu, olduqca həssas məsələdir. Bu məsələnin gələcəkdə böyük fəsadlar verəcəyi, ölkə daxilində siyasi katakrzimlərin və siyasi sabitliyin kökündən pozulmasına gətirib çıxara biləcək şəraitin formalaşmasına xidmət edəcəyini indidən proqnozlaşdırmaq mümkündür”, - deyə E.Nəsirli bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Mursinin edam edilməsi hökmü ilə bağlı səsləndirdiyi fikirlərə də münaibət bildirən şura üzvünün sözlərinə görə, Ərdoğanın çıxışı Türkiyə tərəfinin Misirdəki yeni hakimiyyətin yürütdüyü xarici siyasətdən razı qalmamasına dəlalət edir. Yəni, Misirin Türkiyəyə qarşı mövqeyi rəsmi Ankaranı qane etmir: “Ərdoğan kifayət qədər təcrübəli və xarizmatik bir siyasətçidir. O, Mursini dost, qardaş adlanıdırmaqla indiki hakimiyyətə mesaj vermiş olur. Bu həm də mövcud iqtidara Türkiyə prezidentinin kəskin mövqeyinin ifadəsidir. Eyni zamanda Misirdə iqtidarda olan qüvvələr Türkiyənin regionda güclənməsində maraqlı deyillər və Ərdoğana siyasi rəqib kimi baxırlar. Çünki Misir regionun lider dövləti olmağa hər zaman iddialıdır. Uzun müddət bu missiyanı yerinə yetirə bilib. Bir məsələ də var ki, “ərəb baharı” fonunda Misirin müsəlman aləmindəki rolu çox zəifləyib. Belə olan halda Səudiyyə Ərəbistanının və Türkiyənin müsəlman aləminə təsir qüvvəsi daha da artıb”.

Hüseyn İbadlı






27 May, 2015  18:10 Baxılıb: 3916 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner