Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ali Neft Məktəbində Respublika günü tədbiri – Foto

Bakı Ali Neft Məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 28 May - Respublika Günü münasibətilə tədbir keçirildi. Simsar.Az xəbər  verir ki, tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 28 May 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin  yaranması tarixindən söz açdı. Rektor Elmar Qasımov Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan cümhuriyyətin XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğunu dedi. Rektor Elmar Qasımov bildirdi ki, 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynayıb.  O, Azərbaycan Xalq Cümhuriyyətinin  çox ağır bir tarixi şəraitdə və həssas geosiyasi məkanda yaransa da, dövlətçilik tariximizin əsaslarının təməlini qoyduğunu dedi. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra mühüm əhəmiyyətli tədbirlərin həyata keçirildiyini də vurğuladı.  Azərbaycanda qadınlara seçki (seçmək və seçilmək) hüququnun verilməsi, Parlamentin, həmçinin 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul edilən qanunların  xüsusi əhəmiyyəti olduğunu dedi. Həmin dövrdə Azərbaycan dilinə dövlət dili statusu verilməsinin, 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökumətinin Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərarının da əhəmiyyətli qərarlardan biri olduğunun bildirdi.

Elmar Qasımov Ümummilli lider, Ulu öndər Heydər Əliyevin “müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” kəlamını xatırladaraq, bildirdi ki, Ümummilli lider Heydər Əliyev hər zaman tarixi dəyərlərə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə hörmətin və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayıb.

Rektor Elmar Qasımov bildirdi ki, Ümummilli liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın iradəsinə əsaslanır. O, qeyd etdi ki, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir və Azərbaycan tərəqqi yolunda uğur və inamla irəliləyir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının  həm də xalqımızın milli məfkurəsinin əsasını qoyduğunu deyən Elmar Qasımov bu əlamətdar günün ölkəmizdə hər il bayram kimi qeyd edildiyini vurğulayaraq, bu münasibətlə BANM kollektivini təbrik etdi.






27 May, 2015  17:55 Baxılıb: 821 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner