Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Dnepr” – “Sevilya” matçına doğru – SON VƏZİYYƏT

Bu gün UEFA Avropa Liqasında 2014/15 mövsümünə yekun vurulacaq. Simsar.az xəbər verir ki, həlledici oyunda “Dnepr” (Ukrayna) və “Sevilya” (İspaniya) komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Dnepropetrovsk təmsilçisi tarixində ilk dəfə Avrokubok finalına çıxacaqsa, Əndəlüs klubu artıq 3 dəfə Avroliqa kubokunu başı üzərinə qaldırıb.

Komandaların Varşavada baş tutacaq oyunöncəsi son vəziyyətləri isə belədir:

“Sevilya”. Baş məşqçi Unai Emeri mətbuat konfransında mövsümü kubokla bitirmək istədiklərini bildirib: “Finala vəsiqə qazanan hər iki komanda kuboka layiqdir. Komandaların şanslarını bərabər dəyərləndirirəm. Mövsümü kubokla bitirmək istəyirik. Oyunçuları buna kökləmişəm. Bu, bizdə əlavə motivasiya yaradır”.

“Sevilya”nın kapitanı Fernando Navarro da oyunda aşkar favorit olmadığını dilə gətirib: “Final oyunlarında hər bir nəticə mümkündür. Əlimizdən gələni etməli və oyuna diqtə edən tərəf olmalıyıq”.

Cinah oyunçusu Xose Antonio Reyes isə rekord arzusundadır: “Biz bu kuboka 3 dəfə sahib olmuşuq. Növbəti qələbə “Sevilya”nın Avropada tarix yazması deməkdir. Biz UEFA-nın tarixinə düşmək niyyətindəyik”.

“Sevilya” həlledici matçda müdafiəçi Nikolas Parexanın köməyindən yararlana bilməyəcəklər. Futbolçu zədə səbəbilə finalı buraxacaq.

“Dnepr”. Baş məşqçi Miron Markeviç finalın onlar üçün sürpriz olduğunu dilə gətirib: “Turnirin əvvəlində finala çıxa biləcəyimizi ağlıma belə gətirmirdim. Lakin hər mərhələdə ümidim bir az da artırdı. “Olimpiakos” üzərindəki qələbədən sonra isə nəyə qadir olduğumuzu tam dərk etdim”.

Kapitan Ruslan Rotan ölkədəki siyasi vəziyyətin “Dnepr”in oyununa təsir edib-etməyəcəyi barədə suala, “futbol və siyasəti bir-birinə qatmaq düz olmazdı. Lakin qazanacağımız kubokla hazırda çətin günlər yaşayan Ukrayna vətəndaşlarına, az da olsa, təsəlli verə biləcəyimizi düşünürəm”, - deyə cavab verib.

“Dnepr” həlledici matça itkilərlə çıxacaq. Komandanın heyətində müdafiəçi Ondrey Mazux, yarımmüdafiəçi Sergey Kravçenko və hücumçu Roman Zozulya finalı zədə səbəbilə buraxacaqlar.

Komandaların oyuna bu heyətlərlə çıxacağı ehtimal olunur:

“Dnepr”. Boyko, Matos, Duqlas, Çeberyaçko, Fedetski, Fyodorçuk, Kankava, Konoplyanka, Rotan, Luçkeviç, Selezniyov.

“Sevilya”. Riko, Tremolinas, Karrisu, Kolodzeyçak, Koke, Mbia, Krixovyak,  Vitolo, Baneqa, Vidal, Bakka.

Xatırladaq ki, Polşa Milli Stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə 23:45-də start götürəcək.

Vüsal Məmmədzadə






27 May, 2015  14:25 Baxılıb: 978 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner